Müvəqqəti VÖEN açmaq

Salam, xarici saytda qeydiyyatdan keçmək üçün VÖEN lazımdır. Fikirləşirəm VÖEN açım sonra dondurum. Bu mümkündür, və neçə aydan sonra mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

az-hosting (2022-12-06 15:07:47)
Vergilər Nazirliyinin açıqlamasında göstərilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır. Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir. Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür. Bu barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet səhifəsində "Elektron Xidmətlər" bölməsindəki "Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması" elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adına Fiziki Vöen Olanların 190 manat alınmasl barəsində suallar?

Hüquqi şəxsin ləğvi prosesi

VÖEN necə açım?

Vergi Hesabatı Aparmaq (Programistlər Üçün)

Xidmət göstərən sayt üçün lisenziya

Kapital Banka Adsensedən pul gəlib