Fərdi sahibkarlardan aliment necə tutulur?

Salam. Bilirəm bəlkədə bu sayt heç yeri deyil bu sualın amma nəzərə alsaqki ölkədə bir xeylaq insan İT sahəsində fərdi sahibkar olaraq fəaliyyət olaraq göstərir veriləcək cavablar başqaları üçündə faydalı ola bilər ) Qanunvericiliyə əsasən 1 uşaq varsa gəlirin 25%-i aliment olaraq tutulur. Tutaq ki, İT sahəsində fəaliyyət göstərirsiniz və aylıq net 8000 AZN gəliriniz var və ayrılma prosesində dövlət sizə 2000 AZN aliment verməli olduğunuzu deyir. 1 il sonra bütün işinizi itirsəniz və heç bir gəliriniz olmasa və ya gəliriniz ciddi miqdarda azalsa yenədə 2000 AZN aliment vermək məcburiyyətindəmiyik?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2022-12-30 00:25:48)
İlk öncə deyim ki gəlir hesablanması və hüquq sistemimiz arasında kiçik bir boşluq var ki, bundan zərər görənlər də var xeyir götürənlər də. Belə ki fərdi sahibkarın gəlirləri bir çox sistemdə görünmür deyə bəzi problemlərlə səbəb olur. məsələn bir fərdi sahibkar vardı, aylıq gəliri 5000+-dur, amma alimenti minimum həddə kəsdilər. Rəsmi maaşı egovda görünmür deyə. Səhv etmirəmdə 150 ya 200 azn kəsdi məhkəmə. özü də tutulmur, o özü ödəyir. tutulma halı ödənişi gecikdirdikdə və ya imtina etdikdə ola bilir. Məbləğ gəlirə uyğun deyilir deyə gəlir dəyişdikdə aliment məbləğini də dəyişdirmək problem olmaz. Uzaqbaşı vəkilə müraciət edib həll etdirmək olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azərbaycan və Rus dillərində İT saytları

Ebay-dan başqa alış veriş saytları

İnformasiya Texnologiyaları diplomu ilə harada işləmək mümkündür?

İxtisasla bağlı

App yaradan Şirketler hansıdır?

Sistem və ya Şəbəkə adminstratorluğu