Saytda aylıq ödəniş sistemi qurmaq

Salam, Saytımda satışın etdiyim məhsulu necə 3 aylıq kredit şəklində sata bilərəm bunun üçünrəsmi prosedur necə olmalıdı.? 2. Saytımda preimum xidmətlər var hansı ki aylıq müəyyən ödəniş haqqı ödənməlidir. Bu sistem necə qurulmalıdır ki hər 30 gündən bir xidmət haqıq müşətrinin kart hesabından tutulsun? Zəhmət olmasa yol göstərin, təşəkkür edirəm öncədən.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

byshako (2023-03-21 17:45:15)
epoint servisini istifadə edə bilərsiniz. Rahat api sistemi var. Taksit kartları və təkrarlanan ödənişləri qəbul edir

Israfil (2023-02-24 16:50:08)
https://payriff.com/ servisinden istifade ede bilersen 2-12 ay hisseli odenis etmek olur. Quraşdırılması isə 2 dəqiqəlik işdi

E. Hacı (2023-01-22 00:43:15)
1.Bunun üçün birkart, tamkart, leobank, albalı və.s. bank məhsullarından biri ilə inteqrasiya edə bilərsiniz. Özünüz öz hesabınıza nisyə versəniz(ki bunu heç kim etmir, ciddi risk və maliyyə işləri tələb edir) o halda gərək adi bank kartı ilə müştəri hər ay gələ sizin online ödəniş bölmənizdə borcunu ödəyə. Amma müştərinin kartından özünüz çıxa bilməzsiniz - buna məhdudiyyətlər qoyulub bizdə. Müştəri gərək özü ödəyə borcunu. 2. Əvvəlki punktda da dediyim kimi təəssüf ki, subscription məntiqi bizdə ümumiyyətlə mövcud deyil. Prosessinq şirkətlərinin çoxunun documentation-larıdna bu bölmə var(çünki özləri yazmır, xaricdən hazır alırlar), amma işlək olmur sadəcə. Böyük ehtimal, bu qadağanın səbəbi bizdə hələ yetərincə maariflənmənin olmamasnda və buna görə də müştərilərin asanlıqla aldadıla biləcəyindədir.