Adsense bütün dünyadan reklam verirmi?

Salam web saytı adsense bağladıqdan sonra hər şey qaydasındadır deyək google ancaq Azərbaycanda yayımlamaq üçün reklamlar verir ya bütün ölkələrdən ola bilər? misal üçün mənim saytım rusiyada daha məhşurdu yəni o ölkədən reklam göndərə bilər yayımlamaq üçün

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2023-02-21 11:23:07)
Əlbəttə bütün ölkələrdən. Hətta deyərdim ki, tutalım Azərbaycanda oturub ingilis dilli sayt qursanız və ona xaricdən daxil olsalar burdakından 10-100 qat çox qazanarsınız. Eyni sayta Rusiyadan girəndə rusca reklam çıxa bilir, Türkiyədən girəndə türkcə, Amerikadan girəndə ingiliscə. Google hər kəsin öz ölkəsinə, istifadəçi məlumatlarına(re-marketinq, axtarış arxivi, maraqları və.s. nəzərə alınaraq) uyğun reklam göstərir. Qərb ölkələrində bir klikin qiyməti 50 cent, 1 dollar, 2 dollar və daha çox olur. Ona görə də elə bir sayt qursanız ki, ziyarətçiləri zəngin iqtisadiyyatlı ölkələrdən olsun, o halda çox yaxşı qazanmaq olar. Sadəcə bu aydın məsələdir ki, çətindir, çünki hər kəs buna can atır orda da.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense vergi

Sayta Adsense Qoşmaq.

Google Adsense Yeni

PR 4 idi. İndi isə 0

Rusyada “şəxsi PayPal hesabı” ilə saytdan ödəniş qəbul etmək mümkündür?

Web sayt üçün seo və adsense məsləhəti