Bağlama saxlanılıb. Xarici nömrəsi: CY571340947DE

Salam, dəyərli gömrük işçiləri. Sizləri Almaniyada yaşayan, yaşlı nəslin nümayəndəsi Rafiq Sadiqov narahat edir. Hər il oldigdu kimi bu il də Novruz bayramı qabagı yaşlı bacı qardalarımı sevindirmək məqsədi ilə işlənmiş də olsa onların istəyi ilə hədiyyə göndərirəm. Amma bu ilki hədiyyə AZBAKB İmport gömrüyündə saxlanılıb, səbəb: Yüksək dəyərli mallar – rəsmi gömrük bəyannaməsi tələb olunur. Bağlama nömrəsi CY571340947DE Amma onu deyim ki, mallar demək olar ki, hamısı işlənmiş yaxud da xırda defekti olan mallardır. Bağlamanın içində hər bir qardaş və bacılarımın adına yazılmış kiçik bağlamalar var. Orada dəyəri olan və təzə heç bir mal yoxdur. Bağlamanı açıb özünüz də yoxlaya da bilərsiniz. İnanıram ki, mənim fikirlərimi düzgün qəbul edib, bağlamanın bayram qabağı sahiblərinə çatmasına yardımçı olacaqsınız. Sizlərə dərin hörmətlə Rafiq Sadigov.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)