Hərdən elə ədəbi cümlələrə rast gəlirəm ki, azərbaycanca necə deyə bilərəm ki, onun sadəliyi və yığcamlığı itməsin deyə düşünürəm. Məsələn, qısa desəm, “kendimi kaptırmamalıydım” – necə demək olar?
Hərdən elə ədəbi cümlələrə rast gəlirəm ki, azərbaycanca necə deyə bilərəm ki, onun sadəliyi və yığcamlığı itməsin deyə düşünürəm. Məsələn, qısa desəm, “kendimi kaptırmamalıydım” – necə demək olar?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Bu həmişə mümkün olmur.
Dillər və ləhcələr elə onunla unikaldır ki, özlərinə məxsus sözləri var ki, başqa heç bir dildə uyğun qısa əvəzləyicisi olmur.
Bu dediyiniz misal isə kontektsdə görə dəyişə bilər
– Yüyəni əldən verməməli idim
– Bağlanmamalıydım
və.s. ola bilər.
Türkiyə türkcəsində konkret məna verən, amma bizim dildə tam uğurlu əvəzi olmayan sözlər çoxdur:
merak etmek
önyargılı olmak
və.s.
0
Merak etmek maraqli gelmek ve ya narahat olmaq demekdi.
0
Yo, heç biri demək deyil dəqiq götürdükdə. Tam kontekstdə nümunələr ilə rahatca görmək olar.
Maraqlı gəlmək – çox xəfif gəlir.
Narahat olmaq – neqativ hissi ifadə edir.
Seni merak ettim – səndən ötrü narahat oldum və ya sən mənə maraqlı gəldin – gördüyünüz kimi tam evez etmir.
Meraklı çocuk – narahat uşaq yaxud maraqlı gələn uşaq – tam əvəz etmir.
Hə – hər şeylə maraqlanan uşaq demək olarmı? Olar. Amma burada da təkcə merak sözünü “hər şeylə maraqlanan” ifadəsi ilə əvəz etməli olduq ki, bu da 3 sözdür və hətta yenə əvəz etmir.
Merak isə tamamən başqa bir çalardadır.
Təbii ki, maraq merak eyni köklüdür və ərəbcədən gəlib. Amma məsələ kökün eyni olmasında və ya lüğətlə tərcümədə deyil, işlədildiyi kontekstdə ifadə elədiyi mənadır
0
Dilimizdə “önyargılı” sözünün əvəzedicisi (önmühakiməli) olsa da, “merak”-a uyğun söz çaları olmadığı üçün yazmağa lüzum görməmişdim. Bəli, haqlısınız, dillər unikaldır.
Çox sağ olun!
1
önmühakiməli sözü qurama olur axı, yəni rəsmi izahlı lüğətimizdə belə bir söz mövcud deyil.
Sadəcə yarğı sözünün hərfi tərcümə edilmiş formasıdır.
Məşhur əsər var, Pride and Prejudice – bu əsəri dilimizə tərcümə edənlər elə adında ilişirdilər o vaxt.
Qürur və qərəz
Qürur və xurafat
və.s. versiyalar var idi, təbii ki, heç biri önyargı-nı əvəz etmirdi.
0
Azerbaycan dili Turk dilinden daha zengindir. Ozleri de etiraf edirler. Onlar merak sozunu o cur basa dusurlerse problem onlarin dilindedir. Qayci turk menseli sozdur. Onlar ise ereb menseli makas istifade edirler. Son zamanlar fikir verirsizse turkler Azerbaycan sozlerinden cox istifade edirler. Adice futbol matcina baxsaz gorersiz.
Sual verin
Cavab verin