amerikalı, ingilis ədəbiyyatını yaxşı anlayırmı?

Deyək ki, amerikan ingiliscəsi öyrəndim. İngilis ədəbiyyatını (Corc Orueli) oxusam yaxşı səviyyədə anlaya biləcəmmi? Yəni, fərq çoxdurmu? Amerikada bəzi sözlərdə dəyişiklik edibmi çap edirlər, ingilis ədəbiyyatını?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Abstrakt (2023-04-06 21:22:55)
Deməli, oxuduğun cümlənin səhv anlaşılmasına gətirib çıxaracaq qədər fərq yoxdur. Çox sağ olun, Elvin bəy!

E. Hacı (2023-04-06 18:49:05)
Fərq o qədər kəskin deyil o ləhcələr arasında. Praktik istifadə fərqləri var bəzi sözlərdə. Məsələn maraq üçün ChatGPT-yə 1984 əsərinin ilk 1 səhifəsini verdim ki, orada amerikan ingiliscəsinə yad sözləri tapsın list kimi versin. Budur 1 səhifədən(220-yə yaxın söz) tapdıqları: "breast" - Britaniyada sinə hissəsi bütöv, Amerikancada məmə orqanı. "hallway": Amerikanlar hall və ya corridor deyir. "poster": Amerikanlar evdə divarlara vurulan şəkilə, yazıya deyirlər, britaniyada isə şəhərdə divara vurulan nəhəng plakat. "lift": Amerikada elevator deyirlər liftə. Göründüyü kimi fərq önəmli dərəcədə deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xarici dil öyrənmək

Azərbaycan ədəbiyyatı

Bir xüsusi ismin İngiliscə yazılış formasını bilmək istəyirəm

Dil seçimi