Vergi borcu

Salam, bəzi şirktələrin həddinən artıq böyük rəqəmlərdə vergi borcları olur. Məsələn Akkord tikinti şirkətinin 13 milyon manat vergi borcu var. Bu vergi necə tənzimlənir və borc hansı mərhələdə artıq təcili tələb edilir. Yəni öyrənmək istədiyim niyə borcun bu qədər yüksəlməsinə izin verir dövlət. Bu sistem necə işləyir zəhmət olmasa məlumatı olan yazardı.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2023-04-06 22:14:43)
Hüquqi şəxslərdə, xüsusən böyük strukturlu şirkətlərdə vergilərin forması da müxtəlif olur. Yəni fiziki şəxs sadəcə gəlir vergisi ödəyirsə, böyük şirkətdə bu mürəkkəb formalarda olur. Əmlaka görə vergi var məsələn. - şirkətin işləri yaxşı getməyəndə onu ödəməyə bilər, o da üst-üstə yığılar. Mənfəət vergisi var. Tutalım şirkət 50 milyon borc götürdü, gəliri oldu 55 milyon, təzə yaranan ehtiyaclara, ora bura yönəltdi, təzə satınalmalar etməlidir, bankın borcunu qaytarmalıdır, bütün bu qarışıqlıqda yerdə əlavə pul qalmır əlində, hətta banka da borclu qalır - bu zaman gəlir vergisi ödənməlidir, bu da bir neçə milyon manat edir - şirkətdə isə bu qədər pul yoxdur, ona görə də vergi öhdəliyi yaranır. Belə deyək, böyük şirkətlərin öz pulu olmur, borc götürürlər, onu fırladırlar iş görürlər, borcu qaytarırlar - bu zaman da işlər yaxşı getməyəndə ciddi problemlər yaranır. Təcili tələb edilmə isə individual məsələdir. Yənu qanunda verilən müddətlər var, onu aşanda əlavə faiz cəriməsi gəlir. Onun da müddəti var, o müddət də bitəndə artıq təcili ödəməyi tələb edirlər, ödəmədiklərində də ondan sonra məhkəməyə verirlər.