Plastik bank kartlarının 16 rəqəmi ilə bank hesabı arasındakı əlaqə

Salam. Mən Ucard almışam. Kredit xətti də var. Proqramda bir neçə hesab var. Bilmək istəyirəm ki, bu 16 rəqəmli bank məlumatı ilə bank hesabı arasındakı əlaqə nədir ? fərqli şeylərdir, yoxsa biri digərinin bir hissəsidir? Məndə niyə iki hesab var milli valyutada (şəkil) Zəhmət olmasa bunu izah edərdiniz. Həmişə qarışdırıram bu məsələ mənim üçün aydın deyil.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2023-04-23 00:42:51)
Heç bir əlaqə yoxdur. Kart nömrəsi sadəcə sizə verilən kartın nömrəsidir, beynəlxalq 16 nömrəli koda malikdir. Bank hesab nömrəsi isə bank transferləri üçün lazım olur (bank rekvizitləri). Cari hesab(kartsız, sadə yolla açılan hesab), karta bağlı hesab, şirkət hesabı və.s. növlər var. Kartınızın vaxtı bitə bilər, kart bloklana bilər və.s. - bütün bunlar sadəcə karta təsir edir, bank hesabı isə hər bir halda qalır yerində. Kartla bank hesabı bir biri ilə əlaqələndirilə bilər, amma bank hesabı kartdan asılı olmadan da var olur və işləyir. Məsələn Swift yolu ilə ordan və ora pul köçürməsi mümkün olur və.s. Milli valyutada iki hesabınız varsa, ola bilər ki, biri nə vaxtsa açdığınız hesabdır, biri də təzə kart alanda açılan hesabdır.(və ya sizin adınıza açılan maaş hesabı). Daha dəqiqini bankdan soruşa bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Skrill- Dəki Iban Swift Nə üçündü?kartımı əlavə etmək istəyrəm

Bank respublika kartı

Onlayn şoppinqdə sərfəli bank hesabı

Rusiyada necə bank resabı aça bilərəm?

Təqaüt kartına pul köcürmək olurmu?

Ödəmə qəbul etmək üçün bank hesabı.