Payoneer ünvan təsdiqləmə

Salam. Bir müddətdir payoneerdə ünvanımı təsdiqləyə bilmirəm. Adıma hər hansı kommunal, kredit ödənişi və`s yoxdur. Bank çıxarışlarında da yaşadığım ünvan qeyd edilmir. "Bəzi bank çıxarışlarında olur" deyə bəzi kommentlərdə oxudum. Əgər bu cür bank bilirsinizsə zəhmət olmasa adını qeyd edərdiniz və ya ünvan təsdiqləmək üçün hər hansı alternativ yolu bölüşərdiniz Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2023-05-26 10:20:24)
Asana və ya JEK-ə gedib yaşayış yerindən arayış almaq olar. Möhürlü. Bir çox yer onu qəbul edir. Payoneerdən də soruşun hər ehtimal