Şəxsiyyət vəsiqəsinin məlumatlarının paylaşılması

Hər vaxtınız xeyir, fikrinizə ehtiyacım var. Sizcə şəxsiyyət vəsiqəsinin ön tərəfinin məlumatlarının internetdə paylaşılması nə dərəcə təhlükəlidir. Kimsə FİN kod, seriya nömrəsi kimi məlumatları istifadə edərək nə kimi prosseslər icra edə bilər? Belə bir vəziyyətdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi təhlükəsizlik baxımından kömək edə bilərmi? Bildiyimə görə FİN kod unikaıdır ama şəxsiyyət vəsiqəsi dəyişdikdə seriya nömrəsi kimi məlumatlar dəyişirmi?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

User1239 (2023-06-20 19:01:05)
Məlumat üçün təşəkkürlər.

E. Hacı (2023-06-20 15:20:31)
Çox ciddi problem yaratmamalıdır. Sadəcə bəzi sui-istifadə hallarını asanlaşdıra bilər deyə məsləhət görülmür. Yəni hanslsa yaxşı niyəti olmayan biri hansısa saytda sizin adla qeydiyyatdan keçib verify etmək üçün də pasportunuzun şəklini göndərə bilər ki həqiqətən mənimdir filan. Düzdür ciddi saytlar bununla kifayətlənmir, xeyli əlavə addımlar da istəyir. Sadəcə ehtimaldır ki, hanslsa sayt buna inana və həmin adamı siz olaraq qəbul edə - və o da sizə sonra problem, borc və.s. yarada. Təbii ki, elə bir şey olsa siz bundan imtina edib deyə bilərsiniz ki mən deyildim - heç kim də sizə öhdəlik qoya bilməz. Qısacası, əslində çox da problem olmamalıdır, sadəcə kimlərinsə işini yaxşı görməməsi səbəbindən bəzi problemlər yarada bilər