Google Adsense vergi

Google adsense üçün vöen açdırmaq istəyirəm online şəkildə etmək olur?Sonra nəyəsə görə vergilər şöbəsinə və yaxuda asan xidmətə getməyim vacib deyilki?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

byshako (2023-08-16 16:46:33)
Asan imza üçün ilk öncə bir operatorun rəsmi ofisinə şəxsiyyət vəsiqənizlə yaxınlaşırsınız (Bakcell, Azercell, Nar) ya yeni nömrə istəyirsiniz ya da aktiv nömrənizin biznes tipli asan imza açılmasını istəyirsiniz. Onlar sizə sənədləri verir daha sonra bunu asan xidmətdə təsdiqlədirsiniz. Əlavə ödənişlər vəya sənədlər ola bilər yeni qərarlardan xəbərdar deyiləm. Ama ümumi proses belədi. Daha sonra istəsəniz həmən asan xidmətdə də vöen açdıra vəya onlayn vergilər xidməti saytında da vöen aça bilərsiniz. Linklər: https://e-taxes.gov.az Fiziki şəxsin onlayn qeydiyyatı videosu Asan imza ilə bağlı video

Trln (2023-08-16 14:24:35)
Salam,Təşəklürlər asan imzanı necə açırlar proses necə olur başa sala bilərsiniz?

byshako (2023-08-12 18:10:24)
Salam. Azərbaycan daxilində onlayn VÖEN açmaq üçün biznes tipli asan imza olması şərtdir(Asan imza ən rahatdır). Aylıq ödənişi indi 2.50 manatdı. Qalanını etaxes onlayn platformundan həll etmək mümkündür. (VÖEN və biznes bank hesabları) .

Trln (2023-08-03 17:56:55)
Təşəkkürlər

loganpaul (2023-08-02 14:22:18)
Bəli, onlayn olaraq Google AdSense hesabı üçün müraciət etmək mümkündür. Siz AdSense veb saytına baş çəkə və vebsaytınızın URL-ni və digər lazımi məlumatları təqdim etməklə hesaba daxil ola bilərsiniz. Google ərizənizi nəzərdən keçirəcək və təsdiqlənərsə, vebsaytınızda reklam göstərməyə başlaya bilərsiniz. Vergi tələblərinə gəldikdə, proses yerləşdiyiniz yerə və ölkənizdəki vergi qanunlarına görə dəyişə bilər. Google şərtlərinizdən asılı olaraq vergi identifikasiya nömrəsi kimi vergi məlumatını təqdim etməyi tələb edə bilər. Google AdSense-in vergi siyasətlərini nəzərdən keçirmək və AdSense gəlirləri ilə bağlı vergi öhdəlikləri ilə bağlı xüsusi suallarınız varsa, vergi orqanları və ya vergi mütəxəssisi ilə məsləhətləşmək vacibdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtubeni Adsense yoxsa Partnerə qoşmaq

Bir defe pul goturecem, VOEN acmaliyam ?

18 Yaşdan Kiçiklər Üçün Adsense

Ən yaxşı reklam sistemi?

ADSENSE Qazancları Sıfırlandı

Desktop Application Üçün Adsense Reklamı