Amazondan Ryzen prosessor almaq

Amazondan Ryzen cpu almaq istəyirəm, çatdırılmanı Dynamex və ya başqa bir kargo şirkəti ilə etmək. Prosessorun altındakı pinlərin yolda zədə alma ehtimalı varmı, nə qədərdir? Amazon tərəfindən satılan və göndərilən məhsullarda. Əvvəlcə Amerikadan AMD prosessor sifariş edən olub?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Xeyal (2023-09-27 01:27:02)
3 Ryzen CPU almisam, pinlere nese olma ehtimali mence yox derecesindedi. Qablasdirmasi saglamdi. 3 monitor getirmisem onlar-da qirilmadan cizilmadan gelib.

Software Developer (2023-08-01 14:52:56)
Satanlar qablaşdırarkən belə ehtimalları nəzərə alırlar. Zədə ehtimalı həmişə var, amma adətən çox aşağı olur. Mən prosessor olmasa da digər həssas cihazlar çox almışam Amazondan , ən azı 8 noutbuk, raspberry, 2-3 tablet və.s. - heç zaman hər hansı problem olmayıb.