Mən İT sahələrindən birinə kursa başlamaq istəyirəm. Sadecə seçim edə bilmirəm, qeyd edim əvvəl sistem və şəbəkə inzibatçılığı kursuna getdim amma iş mühiti üçün təcrübələr tələb olundu inkişaf etdirə bilmədim. Daha sonra voip (ip telefoniya) bitirdim. Red Hat kursuna başladım amma kurs kifayət etmədi tam öytənməyimə. Sualım odur ki, indi aşağıdakılardan birini seçməyimə və nə üçün onu seçməliyəm deyə köməklik göstərnəyinizi xaiş edirəm:
Mobile developer
Security administrator
Network and system administrator
Linux Red Hat. (təkrar kurs)
Penetration tester
Cibersecurity
DevOps
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Məncə bu sizin öz marağınıza əsaslanan bir şeydir. Mən vaxtı ilə seçim edəndə hamı mənə cybersecurity məsləhət görürdü (maaşları daha yüksək olduğu üçün). Amma mən, mənə ən uyğun olanın Mobile Development olacağını düşündüm, çünki, mobil app-lər həmişə mənim marağımı cəlb eləyib nəinki cybersecurity. Ona görə, bu sadaladığınız sahələri bir-bir araşdırın. Hansı dillər istifadə olunur, iş mühiti necədir və.s. Özünüzə ən maraqlı gələn sahəni seçin. Çünki, bu ixtisas elə bir ixtisasdır ki, gərək sizin marağınız olsun. Əks halda heç bir qüvvə sizi hər gün saatlarla komputer qabağında oturmağa məcbur edə bilməyəcək. Uğurlar
Sual verin
Cavab verin