İT sahələrindən hansı sahənin kursuna başlamağı məsləhət görərdiniz?

Mən İT sahələrindən birinə kursa başlamaq istəyirəm. Sadecə seçim edə bilmirəm, qeyd edim əvvəl sistem və şəbəkə inzibatçılığı kursuna getdim amma iş mühiti üçün təcrübələr tələb olundu inkişaf etdirə bilmədim. Daha sonra voip (ip telefoniya) bitirdim. Red Hat kursuna başladım amma kurs kifayət etmədi tam öytənməyimə. Sualım odur ki, indi aşağıdakılardan birini seçməyimə və nə üçün onu seçməliyəm deyə köməklik göstərnəyinizi xaiş edirəm: Mobile developer Security administrator Network and system administrator Linux Red Hat. (təkrar kurs) Penetration tester Cibersecurity DevOps

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Kenan Besirov (2023-09-11 15:14:42)
Məncə bu sizin öz marağınıza əsaslanan bir şeydir. Mən vaxtı ilə seçim edəndə hamı mənə cybersecurity məsləhət görürdü (maaşları daha yüksək olduğu üçün). Amma mən, mənə ən uyğun olanın Mobile Development olacağını düşündüm, çünki, mobil app-lər həmişə mənim marağımı cəlb eləyib nəinki cybersecurity. Ona görə, bu sadaladığınız sahələri bir-bir araşdırın. Hansı dillər istifadə olunur, iş mühiti necədir və.s. Özünüzə ən maraqlı gələn sahəni seçin. Çünki, bu ixtisas elə bir ixtisasdır ki, gərək sizin marağınız olsun. Əks halda heç bir qüvvə sizi hər gün saatlarla komputer qabağında oturmağa məcbur edə bilməyəcək. Uğurlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Virtual server seçimində kömək lazımdır

Kubuntu-da driver problemi

Linux script kömək

Ubuntuda problem

Linux serverlərdə təhlükəsizlik haqda dərslik lazımdır

Windows-da VirtualBox