Rusiya saytından RUB valyutasında məhsul almaq istədim lakin ödəniş edə bilmədim

Salam. KapitalBanka məxsus Birbank Cashback debit, AZN valyutalı kartı ilə Rusiya saytından RUB valyutasında məhsul almaq istədim lakin ödəniş edə bilmədim. Ödənişlə bağlı web saytla əlaqə saxladım, bildirdilərki Card to Card sistemi ilə ödəniş edə bilərsiniz. Lakin həmin bu debit kart ilə, Card to Card sistemi ilə Rusiyada yerləşən banka məxsus bank kartına köçürmə etdim amma köçürmə uğursuz oldu. Bu web saytda məhsulu ala və ödənişi edə bilməm mənim üçün çox önəmlidir. Zəhmət olmasa mənə köməklik göstərərdiniz. Bu sayta ödənişi necə edə bilərəm? Ödənişi edə bilməm üçün nə etmək lazımdır? Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2023-11-03 09:57:37)
Valyuta fərq etmir ki, sistem işləmir, Visa və MasterCard qıraqdan Rusiyaya və tərsinə olan ödənişlərə icazə vermir. Satış edən mağaza etibarlıdırsa, onlarla əlaqəyə keçib alternativ yol istəyə bilərsiz (məsələn pul köçürmə sistemləri ilə onlara bank və ya poçtdan pul göndərib çekin çəklini onlara emaillə göndərmək və.s. kimi)

Aysel777 (2023-11-03 00:28:21)
Yerli bankda RUB valyutada cari hesab açsam Rusiya bank hesabına köçürmə edə bilərəm?

Software Developer (2023-11-03 00:22:04)
Rusiyada ancaq rus bank kartları işləyir, bir də bəzi Çin kartları. Digər normal visa, master card xarici kartlar Rusiyada işləmir, Rusiyaya sanksiya qoyulub deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

online ödəniş etmək üçün plastik kart

Payoneer komisya % i

sd kartda problem

Payooner Kartı ilə Atm de Pul nağdlaşdırma limiti.

Yaddaş kartı seçimində kömək

Alış-veriş kartı