Kompyuter bilikləri – Karyera istiqaməti

Salam. Təhsilini başqa ixtisasla bitirib, (26 yaşında) kompyuter elmlərinə marağını kəşf edən adam, bu sahəyə gəlmək üçün haradan başlamalıdır?Öncə ofis proqramları kimi təməldən başlayıb, daha sonra hər hansı kodlaşdırma dilinə keçmək? İngilis dili ilə paralel, dörd ildə nələr öyrənmək olar bu sahədə?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Zulumov (2023-11-22 23:56:37)
Belə hər şey etmək olar, sadəcə vaxt söhbəti var. Bu mövzuya da aid öncə məqsədlərinizi aydınlaşdırmalısız. KE geniş sahədir, akademik sahədir. Sİz bu ixtisas üzrə akademik yol getmək istəyirsiz yoxsa yox. Azərbaycanda iş tapmaq istəyirsiz yoxsa həmdə xaricdə. Müəyyən sahəyə marağınız var yoxsa yox. Ofis proqramları haqqında soruşmağınızdan bilinir ki, İT ilə sıfır əlaqəniz var, belə halda məsləhət vermək çətindir.