Youtube partnyorları / Adsense

Salam. Bir kanalım var, çoxdandır girmirəm, indi öyrənmişəm ki ABŞ vergi tutur və bununla bağlı form submit etməliyəm. İki sualım var. 1) Kanalımı Adsense-ə yox başqa partnyor və ya media şəbəkəyə (AİR.İO məsələn) qoşsam bu ABŞ vergi şeyindən qurtula bilərəm? Mən neçə dəfə adsense-dən ünvanı təsdiqləmək üçün məktub sorğuladım, amma Azərbaycana gəlib çıxmadı o məktub. Adsense ilə Azərbaycanda işləmək problemli görünür. Air.io kimi partnyora qoşulsam canımı ABŞ vergisindən, VÖEN açmaqdan və s. şeylərdən qurtara bilərəm? Yəni reklamdan pul gəlsin, rahat hansısa onlayn cüzdana çıxarda bilim. 2) Google Adsense də VÖENsiz ABŞ vergi formun doldurdum, W-8BEN formun pdf-i var indi mən. İndi mən ABŞ vergi ödəyicisi sayılıram? Azərbaycanda bu problem yarada bilər? Mənim xatırladığım qədəri ilə bizim banklarda ABŞ-a vergi ödəyənlərə bir sıra xidmət pulsuz göstərilmir, misal üçün adi adamların pulsuz aldğı debit kart, ABŞ vergi ödəyicilərinə pul ilə təqdim edilir.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

miza hsyn (2023-12-22 19:16:31)
Azərbaycanda yaşayırsınızsa ABŞ vergisindən azadsıznız. 30% vergi bizlərə aid deyil. 0 faiz yazmalısınız. VÖEN hissəsinə isə aglınıza gələn "pakaznoy" rəqəmləri yazın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsensedәn pulu necә götürәk?Hansı bankda kart açaq?

Adsense saytın təsdiqlənməsi

Adsense Wire Transfer

VÖEN açdırdıq,amma yenə də alınmadı

Xaricdən ödəniş qəbul etmək

VÖEN olmadan Adsensedən pulu necə köçürüm?