Azərbaycana wise card gətirə bilən var ?

aldığım məlumata görə şirkət açmaq lazımdı ki kartı ora gətizdirəsən ordanda sənə yollasınlar. amma məndə şirkət yoxdu

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Azear (2024-02-02 13:13:59)
Mənim artıq 2 ildir ki, Wise kartım var. Gətirməy də çox asandı. Azərbaycana göndərmirlərsə bu o demək deyil ki, gətirmək olmur. Mən ukpostbox vasitəsilə gətirmişdim. Daha asan yolu da var, ingiltərədən çatdırılma şirkətləri var, kartı onların verdiyi ünvana sifariş edin, tez bir zamanda gətirəcəklər.

nihadbabayev (2024-01-05 12:43:16)
Wise İngiltərədəki şirkətimə göndərir, həmin şirkətnən əlaq saxlayıb ünvanımı deyirəm onlarda göndərir Azərbaycana. Bir türk var idi bu işlə məşğul olan, elə həll edib.

Software Developer (2024-01-05 01:28:51)
Sizə kim deyib ki şirkət açanda kart gəlir? Wise Azərbaycana göndərmir nə fərdi nə şirkət. https://wise.com/help/articles/2968915/can-i-get-the-wise-card-in-my-country Amma məsələn bir azərbaycanlı xaricdə olanda orda müvəqqəti qaldığı ünvana sifariş verəndə rahat gəlir kart xaricdəki müvəqqəti ünvana.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wise Azərbaycan

Wise kart

Wise vasitəsilə bank kartına pul köçürmə

Dropshipping üçün Payoneer, Wise yoxsa Skrill?

Wise ve Unibank business