IMEI qeydiyyatı

Salamlar. Xahiş edirəm cavablayasınız. Deməli mən imei qeydiyyatı üçün portala girib kodu yazıram orada mənə: "Uyğun IMEI Mobil cihazınız foto, videoçəkiliş və internetə çıxış funksiyalarına malik olmadığı üçün qeydiyyata alınmasına görə dövlət rüsümü 15.00 manat təşkil edir" deyir. Amma ki, mənim telefonum smartfondur, nəyə görə mobil telefonun foto, videoçəkiliş və internetə çıxışı yoxdur deyir, anlamıram. Bir də ki, smartfonum DUAL SİMlidir. Imei kodlarını ayrı-ayrılıqda SİNGLE bölməsində yoxlanışa verəndə: "Uyğun IMEI Mobil cihazınız foto, videoçəkiliş və internetə çıxış funksiyalarına malik olmadığı üçün qeydiyyata alınmasına görə dövlət rüsümü 15.00 manat təşkil edir" deyir amma ki, DUOS bölməsində hər iki ımei kodunu da daxil edəndə belə deyir: "Daxil edilən hər iki IMEI nömrə DUOS tipinə malik olmalıdır." Çox xahiş edirəm məlumatı olan varsa cavablandırsın, danışma qüsurlu olduğum üçün zəng vurub dərdimi də başa sala bilmirəm əlaqə nömrələrinə.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Sıradan biri (2024-03-13 22:01:09)
Bəli əldən almışdım. Baxdım gördüm nəsə problemlidi geri qaytardım. Saytda telefonun imei kodlarını yoxlanışa verəndə internetə çıxışı olmayan, kamerasız telefon kimi göstərirdi. Sonrasında güc-bəla ilə geri qaytaranda da boynuna aldı yiyəsi ki, smartfonu düyməli telefon kimi Türkiyədə qeydiyyatdan keçiribmiş.

rdrobert (2024-02-20 23:51:09)
Salam, əgər cihazın iki sim kart slotu varsa birini qeydiyyatdan keçirib digərini saxlaya bilməzsiniz. Daha əvvvələr bu mümkün idi ama hal hazırda belə deyil. Amma siz zəhmət olmasa cihaz haqqında daha ətraflı məlumat verin, cihazı sıfır olaraq almısız yoxsa əldən almısız? amma hər halda bu cihazı qeydiyyatdan keçirmək istəsəz portal ilə əlaqə saxlamalı olacaqsınız. Əgər danışma qüsurunuz varsa mail adreslərinə yaza bilərsiniz incom@mincom.gov.az

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonun qeydiyyatı

Imei kod düz gəlirsə, nəyə əsasən deyirlər ki, cihaz original deyil?

Telefon qeydiyyat müddəti

chatrandom.com qeydiyyat

Telefonum itib İMEİ Kod

1 nomre yerine yazibki qeydiyyatin muddeti bitib mehdudiyyet qoyulub