Payonner 2024 ilə bağlı sual

Salam, saytda Payoneer-lə bağlı yazılmış bütün sualları, cavabları oxudum, ancaq 2024-ə aid bir sual tapa bilmədim, buna görə də istədim özüm sual verim. 1) Hələdə bank kartının rekvizitlərindən istifadə edərək köçürmə etdikdə məbləğ bank tərəfindən bloklanırmı? 2) Mən musiqi işi ilə məşğulam xarici mahnı paylaşım şirkəti ilə əməkdaşlıq edirəm, gəlirimidə o şirkətdən Payoneer vasitəsilə əldə edə bilirəm, Vöen hesabı açıb, ora köçürməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Rsad Ncfli (2024-03-01 01:34:03)
Oldu, çox sağ olun, 2 saat olar pulu köçürmüşəm Payoneer-dən bank kartıma, köçüb köçmədiyi ilə bağlı məlumat verəcəm bir neçə günə.

Software Developer (2024-03-01 01:29:05)
Bəli, bu çox vaxt fərdi işçinin təsdiq/imtina qərarından asılı olur deyə bəzən hətta eyni bankda gah qəbul olur gah imtina edilir. Ona görə də bankdan banka da fərq olur və ən əsası təsadüfən də keçir çox vaxt, məbləğ çox böyük olmayanda.

Rsad Ncfli (2024-03-01 01:26:47)
Cavabınıza görə təşəkkürlər, bəs bloklanma halının bankdan banka fərqlilik göstərmə ehtimalı var? Məsələn mən Bank of Baku-un rekvizitlərini yazıb 120$ köçürdüm köçmədi geri qayıtdı, indi isə Kapital Bank USD kartımın rekvizitlərini yazıb ödənişi ora qəbul etmək istəyirəm.

Software Developer (2024-03-01 01:19:47)
1. Bəli, bloklanır əgər iri məbləğdirsə. Məsələn 50-100 manat filan olanda bəzən bloklamırlar. 2. Şirkət birbaşa da köçürə bilər sizin USD VÖEN hesaba, heç payoneerə ehtiyac yoxdur. Yox payoneerdən banka deyirsinizsə, o halda da bəli VÖEN hesab lazımdır.