İnformatika muellimi yoxsa sistem administratorluğu?

İnformatika müəllimi ixtisasını bitirmişəm. İnformatika müəllimi kimi işləmək yoxsa sistem administratorluğu kursunu bitirib sistem administratoru kimi işləmək daha yaxşı olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2024-05-09 13:35:56)
Fərqli peşələrdir deyə bu sizdən asılı məsələdir. Oxşar peşə olanda (tutalım frontend development yoxsa backend development) məsləhət vermək olur. Amma burada məsələ çətindir. Biri pedaqoji fəaliyyətdir, biri isə sırf IT sahədir. Hər ikisi kifayət qədər perspektivli sahədir 2024 reallığı ilə baxanda. Pedaqoji fəaliyyət xoşunuza gəlmirsə(iş özü və ya gəlir) o halda ixtisası dəyişmək pis fikir deyil. Sadəcə risk etmədən öncə araşdırın görün dediyiniz kursu bitirib iş tapmaq olurmu, perspektiv varmı və.s. Çalışın daxilən yatqın olduğunuz sahə seçin ki, rəqiblərinizdən bir addım öndə olasınız. Yoxsa dediyiniz kusu N qədər insan bitirir, heç də hamısı uyğun iş tapa bilmir, çünki vakansiya sayı limitsiz deyil.

Jorpy (2024-05-08 01:43:05)
Sistem administratorluğu. Çünki uşaqlarnan işləmək çətindir. Amma informatika müəllimi üçün yüksək məbləğdə əlavə gəlir qazanmaq imkanı var. Yaxşı informatika müəlliminin qazancına sistem administratoru çata bilməz, əgər xaricdə işləməyəcəksənsə. Gələcəkdə xaricdə işləmək istəyirsənsə sistem administratoru. Sistem administratoru olanda daha çox yeni şeylər öyeənəcəksən. İnformatika müəlliminin bilgilərini yeniləməyə o qədər də ehtiyacı yoxdu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Təzə başlayanlar üçün hansı informasiya və informatika kitablarını tövsiyyə edərsiniz

Rusiyanın informatika kitabını hardan tapa bilərəm?

Texniki ləvazimatlar

1-ci qrupa informatika fənni

Magistr tehsili ile baglidir.

Məsləhətli informatika kitabı