Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir?

Qeyri sahibkarlıq fəaliyyəti üçün.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2024-05-09 13:43:06)
Vergi məcəlləsində bunu tənzimləyən maddə var 101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Yəni siz hansı bank hesabına mümkündürsə (bank problem yaratmasa adi hesaba) ordan pulu çıxarıb sonra növbəti ilin ilk 3 ayında illik gəlirdən 14% vergi ödəməlisiniz. Sadəcə yenə də, başqa problemlər də var. Məsələn bunu xarici saytlarda edirsinizsə, pul yatıranda 18% ƏDV problemi çıxır. Yaxud vergini verəndə öz xərcinizi isbat etmək bir az çətin olur, çünki pulu xaricdə hanslsa sayta ödəmisizsə, bu xərc kimi hesablanmaya da bilər. Ona görə də asanlıq üçün yerli bankların verdiyi (leo, pasha, abb və.s.) analoji xidmətdən istifadə edə bilərsiniz. Heç bir əlavə addıma ehtiyac olmadan rahatca istifadə etmək olur. Bir kliklə də pulu kartınıza ata bilirsiniz. Gəliriniz də olsa gələn il düşünərsiz bu mövzunu.

Jorpy (2024-05-09 13:35:00)
Səhmlərin satılıb nağdlaşdırılması.

E. Hacı (2024-05-09 13:32:30)
Dəqiqləşdirə bilərsiniz söhbət nədən gedir? Qeydi sahibkarlıq ödəniş qəbulu dedikdə nəyi nəzərdə tutursunuz?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bankdan basgasina pul goturmek

Rəsmi distrubutor məhsulun qiymətini nəyə görə təyin etməlidir ?

Fiverr və vergi

Vergi ödəyicisi barədə

Internet qazancı və vergi məsələsi

Elektron ticarətə qoyulan vergi