Riyazi proqramlar üçün proqram

Salam. Riyazi funksiyaları , qrafikləri , həndəsi fiqurları elektron qaydada tərtib etmək , hazırlamaq üçün hansı proqramdan istifadə edə bilərəm. Kompyuter üçün istifadəsi mümkün olsun. Xətti funksiyalar, parabola, hiperbola və digər funksiya qrafiklərinin qurulması, həndəsi fiqurların , üçbucaq , düzbucaqlı , paraleloqram və s. qurulmasi üçün proqram axtarıram. Word və excel deməyin. Onların yoxlamışam. Tamda istədiyim səliqədə alınmır. Ən azından orada funksiyalari qurmaq mümkün olmur.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

asssa1 (2024-09-21 00:25:57)
Çox təşəkkür edirəm. Dəyərli məsləhətiniz üçün. Bəs fizika yönümlü müxtəlif fiziki şəkillərin hazırlanması üçün proqram yaxud sayt bilirsinizmi ? Sadə variantda fizikanın bütün bölmələrini əhatə edəcək şəkildə hər bölməyə uyğun bir neçə şəkil ( qrafik, fiqur və s. ) qurmaq istəyirəm. Bunun üçün hansı online platforma yaxud proqram bilirsiniz .? Bir daha sizi dərin təşəkkürümü bildirirəm.

E. Hacı (2024-09-13 16:09:59)
Wolfram alpha online olaraq ən yaxşı elmi resursdur, və əsasən riyaziyyat üzrə ixtisaslaşmışdır.