Təşəkkür edirəm məlumat üçün. Bu mövzuda hər hansı bir köməklik edə bilərsiz? Təbii ki, qarşılıq əsasında
Əvvəllər bu asan olsa, sui istifadə hallarına görə tələbləri çox artırıblar.
Belə deyim də, Adsense yoxlayıcısı süni intellekt ilə təchiz edilir, o da insan gözü ilə baxır sayta ki bu sayt adsense oldu olmadı var olan çoxlu məzmuna malik saytdır, yoxsa sırf adsense qoşa bilmək üçün tezbazar qurulan bir neçə səhifə, xəbər yaradılan saytdır.
Hər şeyə fikir verir, xəbərin, məzmunun sayına, onların əlavə edilmə tarixlərinə və sıxlığına və.s. - ki müəyyən etsin ki, bu sayt tezbazar saytdır, yoxsa uzun müddətdir işləyən və özünəməxsus kontenti olan sayt.
Bütün bunlar ödəndikdə artıq approve edirlər.