Hüquqi şəxs olaraq müqaviləsiz sifariş etmək
Salam, hüquqi şəxs olaraq, şirkətin kartı ilə Amazon və eBay kimi platformalardan sifariş edərək təqdim edilən invoysu gömrüyə rəsmi sənəd kimi göstərmək mümkündürmü? Yoxsa mütləq bank müqaviləsi bağlanıb bank köçürməsi etmək lazımdır? Adətən müqavilə bağlayırıq oradan satıcı ilə əlaqəyə keçib, amma bəzən lazımlı məhsul bir şəxs tərəfindən satılır və müqavilə bağlamaq mümkün olmur. Amma bizə verilən məlumata görə şirkət kartı ilə sifariş etdikdə sonradan vergi cəriməsi yazıla bilər.