nodejs və ya digər frontend yönümlü platformaya keçidi əsla məsləhət görməzdim. Çünki elə saytları maintain etmək üçün gərək bir də daimi işçiniz də ola. Kaprizli sistemlərdir(package, build, dependency və.s. bir çox həssaslıqları var, hansılar ki, sadə php, python saytlarda zəruri deyillər), gecənin bir vaxtı down olduqda söndür yandır düzəlməsi də çətindir, gərək xüsusi command-lar run ola build ola filan.
codeigniter sadə və yaxşıdır, sadəcə yəqin dəbdən düşüb deyə çətin tapırsınız mütəxəssis. codeigniter 10 ildən çoxdur ki, artıq aktual FW sayılmır.(EllisLab vardı, onlar idi sahibi, sonra onlar imtina etdi sahiblikdən, o gündən də düşüşə keçdi)
məsləhət odur ki, upwork tipli saytlardan tapasınız mütəxəssis.(ən ucuzlardan uzaq durun, orta qiymətə postsovet və ya şərqi avropa kimi ölkələrdən seçin)