Sadələşmiş vergi yerli fərdi ödənişlər üçün keçərlidir. Ödənişi xaricdən alanda bunu isbat etmək olmur, ona görə də gəlir vergisi ödənir.
Yəni belə deyək, Azərbaycan ödəniş sistemi ilə Azərbaycan vətəndaşlarına(şirkətlərə yox, şəxslərə) xidmət göstərsəniz və buna qarşılıq donation, haqq alsanız, 2% sadələşmiş vergi ödəyə bilərsiniz. (4 deyil daha, hazırda 2%-dir bütün regionlar və Bakl üçün)
Bütün digər hallarda 20% gəlir vergisi olacaq.
Bunu taxes gov az saytindan götürdüm. Mənim fəaliyyətim freelance dijital və ənənavi rəssamlıqdır. Yəni gəlirim hamısı əl işimdəndir. Bu halda 2% vergi mənə şamil edilir? Bunun üçün sahibkar kimi qeydiyyatdan keçməliyəm ki mənə samil edilsin yoxsa avtomatik olur?
Vergi dərəcələri
İdman mərc oyunlarının operatorları üzrə
İdman mərc oyunlarının operatoru bu oyunların biletlərinin satışından
əldə edilmiş vəsaitdən 6 faiz dərəcə ilə vergi hesablamalıdır.
İdman mərc oyunlarının satıcıları üzrə
İdman mərc oyunlarının satıcısısınızsa (məsələn TOPAZ məntəqələri),
operatorun Sizə verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcə ilə vergi
hesablamalısınız.
Lotereya təşkilatçıları üzrə
Lotereya təşkilatçısı lotereya biletlərinin satışından əldə edilmiş
vəsaitdən 6 faiz dərəcə ilə vergi hesablamalıdır
Lotereya biletlərinin satıcıları üzrə
Lotereya biletlərinin satıcısısınızsa, lotereya təşkilatçısının Sizə verdiyi
haqdan (mükafatdan) 4 faiz dərəcə ilə vergi hesablamalısınız.
İctimai iaşə fəaliyyəti üzrə
İctimai iaşə fəaliyyəti ilə məşğul olmaqla vergi tutulan
əməliyyatlarınızın həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında
(aylarında) 200.000 manatdan artıqdırsa və Siz sadələşdirilmiş
vergitutma metodunu seçmişsinizsə, fəaliyyətinizdən əldə etdiyiniz
vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar
gəlirlərdən 8 faiz dərəcə ilə vergi hesablamalısınız.
Digər fəaliyyət üzrə
Malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə etdiyiniz
vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar
gəlirlərdən 2 faiz dərəcə ilə vergi hesablamalısınız.
Təşəkkür məlumat üçün. Belə çox olduqunu bilmirdim.
Bes sadələşdirilmiş 4% vergi ne zaman alınır? Bu gəliri 4% faiz vergi verib almaq mümkündür sabibkar kimi qeydiyyatdan keçsəm?
Bu qədər vergi ilə mənə heç nə qalmaz (
Praktikada böyük ehtimal, gəlir vergisi ödənməlidir 20%.
Çünki bu formatı izah etmək çətindir qurumlara.
Normalda hədiyyənin ümumi cəmi 1000 manatı keçəndə keçən hissədən 14% ödənməlidir. Amma dediyim kimi, böyük ehtimal bu alınmaz, çünki orada söhbət qeyri sahibkarlıq hədiyyəsinden gedir. Amma siz deyən formatda birbaşa sahibkarlıq üzrə olan hədiyyədir, görülən işə görə verilən könüllü ödənişdir bir növ, ona görə də gəlir vergisi sayılar böyük ehtimal.