Almaniyaya köçməyə dəyər?

30 yaşda sıfırdan ausbildung proqramı ilə gedib əziyyət çəkməyə dəyərmi sizcə? Bitirdikdən sonra “yaxşı olacaq” deyirlər, amma, yenə də qərarsızam. “Socar”-da kurs keçirəm hazırda, böyük ixtisas deyil “qaz təsərrüfatının nəzarətçisi”. Düşünürəm…


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:46, 25/11/2024 ) #79879

Yetkin yaşdan sonra köçməyin psixoloji tərəfi çətindir.

Mən 30 yaş sonrası gedən bir çox şəxs tanıyıram. Dözməyib qayıdanlar çox olub, dözərək qalanlar da olub, amma 2-3 il keçib hələ də əzab çəkirlər.
Təbii ki, bir neçə il də keçsə artıq rahatlaşacaqlar, amma bu çox çətin perioddur həqiqətən də.

Sırf iş tərəfini deyirsinizsə, Almaniya iqtisadiyyatı çox genişdir deyə, ixtisaslı kadr hər zaman iş tapar orada. Yəni işin o tərəfində sıxıntı yoxdur, yaxşı olacaq deyənlər düz deyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:00, 25/11/2024 ) #79880

İqtisadiyyat tərəfinin yaxşı olması, təklikdə dediyiniz bütün bu əziyyətlərə qatlanmağa dəymir, zənnimcə. Ən önəmlisi, Alman mədəniyyətinə yaxınlıqdır. İnsanların bir-birinin şəxsi sərhədlərinə hörmət etməsi, iş saatları, nizam-intizam, qanunların hamı üçün və sərt olması kimi şeylər diqqətimi çəkir. Sakit həyat tərzi axtararkən, özünü bir anda daha stresli mühitdə tapmaq da var. Elə deyirsən, ingiliscəmi öyrənim oturum oturduğum yerdə 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:00, 26/11/2024 ) #79882

Psixoloji çətin tərəflərini, tərəfinizdən də bilmək istəyərdim. Çox sağ olun!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:37, 27/11/2024 ) #79883

    Bu barədə gedənlərlə birbaşa danışmaq daha yaxşı olar.

    Yeniyetmə yaşda(bakalavr) gedəndə daha asan olur, təkbaşınasan deyə daha çevik olursan, geridə çox fikrin qalmır, şəxsiyyət kimi orada formalaşırsan deyə 4-5 ilə özünü oraya aid hiss edirsən, nəinki öz vətəninə.

    Amma 30 yaş sonrası gedəndə artıq beynimiz öz komfort zonasını, təhlükəsiz hiss etdiyi patternləri formalaşdırıb bitirib deyə köç etdikdən sonra geriyə dönmək üçün min bəhanə uydurur, çünki bu tip kəskin dəyişiklik onun formalaşdırdığı bütün qaydaları-patternləri təhlükə altına atır.

    1-2 həftə qaldıqdan sonra “Azərbaycan əslində elə də pis ölkə deyilmiş” fikri hakim olmağa başlayır.

    Bir də intellektual səviyyə ilə də korelyasiya var, onu da unutmaq olmaz.
    Savad və dünyagörüş, düşüncə dərinliyi az olan insanlarda adaptasiya daha asan olur – çünki onlarda alt şüurda əsas prioritet həyatda qalmaq(=iş tapmaq və yaşamağa yeri olmaq) olur deyə o tələb ödəndikdə digər məsələləri daha asan görməzdən gəlirlər.

    Amma hər şeyə daha həssas, daha düşüncəli, dərrakəli yaşayan insanda beyin patternləri də daha dərin olur deyə problem çoxalır. Məsələn, yerli olmadığı, daim 2-ci sort vətəndaş olacağı həqiqəti ona çox pis təsir edir. Vətəninə, yaxın ətrafına bağlı daha dərin mənəvi bağları olur deyə darıxma hissi də daha güclü olur və.s.

    Təbii ki, bunlar ümumiləşmiş ortalamalardır, individiual fərqlər hər zaman olur, elə adam var dediyimdən daha ağır keçirir bu prosesi, elə adam da var qat-qat asan keçirir və tez adaptasiya olur yeni cəmiyyətə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (6 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (7 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (7 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (13 gün əvvəl)

E. Hacı cavab verdi - Verification code gəlib çıxmır (16 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (16 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (17 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (17 gün əvvəl)

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (18 gün əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (18 gün əvvəl)

E. Hacı cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (18 gün əvvəl)

E. Hacı cavab verdi - Voenim varmi? (18 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (21 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (21 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23294 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024