Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır

Smart electronicsdən 2024 noyabr ayında iphone 15 pro almışam. Təzəlikcə fərqinə vardımki, kameranı 3xdən çox uzaqlaşdıranda ləkə düşür şəkilə. Getdim smart electronicsə, dedilərki sizi anlıyırıq, göndəririk təmirə düzəltsinlər versinlər. İzah etdimki, mənə telefonun arxasının açılması lazım deyil. 1 il qarantiyası var. Düzəldilməsi lazımdı. Çıxartdılar müqaviləni ki, siz imza atmısız. Biz 14 gün ərzində qaytara bilərik. Əgər 14 günü keçibsə təmir. Deyirəmki 14 gün ərzində problem olmadan, rəngini sonradan bəyənməsəm belə 14 gün ərzində qaytara bilərəm. Amma bu faktiki zavod problemidi. Və mən sizdən yeni qutuda telefon almışam. İndi deyirsizki təmir edək. Belə deyim, siz özünüzdə işlənmiş telefon götürürsüz. Mən eyni telefonun bir arxası açılmış gətirim birdə açılmamış. Arada ən azı 800manat fərqlə alacaqsız. Deyir hə. Deyirəm mən zavod probleminə görə niyə 800 azn itirməliyəm bunu satanda? Deyirki məhkəməyə verin. Məhkəmədə sizin imzaladığınız sənədi göstərib deyəcəkki, mağaza haqlıdı təmirə getməlidir. Ordan çıxdım təmirədə vermədim. Qarşıma belə bir video çıxdı. https://www.instagram.com/share/_xyt9cfxo video Türkiyədədir. Sadəcə bizdə belə olub olmadığını biımirəm. Mən alanda imzalatdırdıqları bu sənəd həqiqətən keçərıidirmi? Məhkəməyə versəm uduzaram? Ya udaram? Ümumiyyətlə məhkəməyə vermək olurmu? Bizim qanunlar videodakı kimidir ya fərqlidir? Mən indi nə etməliyəm? Telefonun arxasının açılmasını istəmirəm. Yenisi ilə əvəz etsinlər.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(09:51, 10/02/2025 ) #79930

Bəli, qanuna görə 14 gün ərzində dəyişdirmək olur. sonrası artıq təmirdir.

https://www.economy.gov.az/az/page/muracietler/sual-cavab/antiinhisar-ve-istehlakci-huquqlari

Amma eyni səhifədə yazır ki, qüsur varsa, dəyişdirmək də tələb edilə bilər. Siz 195-1 nömrəsinə zəng edib sual verin ən yaxşısı. Çünki bizde bu məsələdə qanun çox konkret deyil deyə, hərə istədiyi yerə yozur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:15, 13/06/2025 ) #79969

salam telefon sindirlibsa qaytarmaq olmur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Audi cavab verdi - instagram hesabım meta tərəfindən silinib (6 gün əvvəl)

Cavablar AI cavab verdi - instagram hesabım meta tərəfindən silinib (9 gün əvvəl)

imas cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (9 gün əvvəl)

Software Developer cavab verdi - Supergün internet paketin nece legv etmek olar? (18 gün əvvəl)

Cavablar AI cavab verdi - TCL Televizor (18 gün əvvəl)

ZaminAbdullayev cavab verdi - Poco X7 Pro 12/512 GB modeli haqqında (21 gün əvvəl)

Cavablar AI cavab verdi - Hər hansı tibbi mərkəzdə pasiyentin səhətinə zərər dəyibsə bunu hansə qurumlara şikayət etmək daha effektiv olar? (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Qohumluq münasibətlərini təsdiq edən sənədlər (23 gün əvvəl)

Galaxy cavab verdi - Poco X7 Pro 12/512 GB modeli haqqında (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Shapr 3d duzbucaqlini silindire cevirme (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Microsoft word proqramını bir neçə pəncərədə açmaq (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Fizika fənninə aid müxtəlif proqramlar (23 gün əvvəl)

Cavablar AI cavab verdi - 0,2 qrama nə deyirlər? 5 hərflidir (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Bakıda maraqlı oyun aktivitesi (23 gün əvvəl)

Cavablar AI cavab verdi - Riyaziyyat işarələri (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23321 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025