Salam, başqa bir postda bu haqqda oxudum. 2025-ci il yanvarın 1-dən illik 45min manatadək gəliri olanlar üçün 5% vergi bərpa olub.
Ancaq VÖEN üzrə əsas fəaliyyət növlərini tapa bilmirəm. Hardan baxa bilərəm? Xaricə satılan fiziki və ya dijidal rəsmlərin , şəxsən dizayn etdiyim məhsulların ( aksesuar , geyim decor və s.) gəliri buna aiddirmi?
Ümumiyyətlə full listə hardan baxa bilərəm? Link varsa payılaşardiz zəhmət deyilsə. Google da qarışıq gəlir nəticələr.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Bunlar aiddir:
proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçisi
Sizin fəaliyyət növü hansıdır VÖEN-nizdə?
Yəni təsvir elədiyiniz fəaliyyət uyğun görünür, amma VÖEN-nizdə nə seçmisiz bu önəmlidir.
Bir də ki hesabat vermək üçün sistemlərinə daxil olduqda 5% seçimi çıxmalıdır əgər sizin növ sayılanlara aiddirsə.
Növə buradan baxa bilərsiniz login olaraq: https://new.e-taxes.gov.az/eportal/az/profile
Əsas məlumatlar->Əsas fəaliyyət növü bölməsində.
Həmçinin əvvəllər hansısa səbəbdən səhv növ seçmisinizsə, bu portaldan ərizə yazaraq dəyişdirə də bilərsiniz.
Sual verin
Cavab verin