Salam .
Dünən belə bir problemlə üzləşdim:
Normal işləyən serveri bir binadan digərinə gətirib qoşduqdan sonra ip alsa da internetə çıxa bilmədi. Qeyd edim ki,serverdəki Centos -dur, kabeldə problem yoxdur, əvvəlki bina ilə indikinin ip -ləri fərqlidir, həmin ip -ni öz komputerimdə əl ilə sazlayıram, normal açılır saytlar, amma serverdə saytları ping edirəm işləmir. Serverin 2 ədəd ethernet çıxışı var, hər ikisində də eyni vəziyyətdi. ip alır, daxildəki komputerləri, dhcp serveri ping edə bilir, özünü də ping etmək olur, gəl ki, internet saytlarına links ilə girəndə və ya ping edəndə “network is unreachable” yazılır. Normal işləyən serverdə birdən-birə niyə belə bir problem olsunki?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Sualıma cavab olaraq bunu yazmayasız deyə, indidən deyim:
Firewall sönülüdür və şəbəkə sazlamaları da düzgündür.
4
Bu əmri ver yoxla
route add default gw 192.168.1.1
0
halaldı 🙂 elə bu əmrlə düzəltdim bu gün səhər 🙂
Sual verin
Cavab verin