Salamlar.
Htc Explorer istifadə edirəm, telefonun lokal yaddaşı 150 mb olduğundan, 8 gb -lıq mikro kart almışdım, əsas sistem proqramlarını (həcmi böyük olan, keşi çox dolduran) kartın yaddaşında ext4 partition ayırıb, “Link to SD” proqramı ilə link kimi göstərmişdim. Arada olurdu ki, SD kart error verirdi, 1-2 restartdan sonra düzəlirdi. Dünən mp3 yükləyən zaman kart birdən birə atdı, telefonun da sistem applicationları ordadı deyə “factory defaults” -a qayıtmadı. Telefon start olanda təkcə bootloader açılırdı.
Nə isə, telefonu başqa mikrokarta firmware -i atıb düzəltdim, amma micro card heç cürə reaksiya vermədi.
Kartı kiçik cardreader ilə həm Windows (diskpart) həm Ubuntu ilə yoxlamışam, qətiyyən komputer reaksiya vermir. Başqa telefonlar da kartı zədəli kimi göstərir.Format da edə bilmir.
Bu kartı işlək hala gətirmək heç cür mümkün deyil?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Salam. Mümkündür əgər fiziki xarab olmayıbsa. Kartı taxın, Ubuntuda Gparted proqramını açın(təbii ki bu cəhdi də artıq etməmisinizsə) , kartın yaddaşını seçin, unallocated hissə və ya nə partition varsa silin, sonra yenidən partition yaradin fat32 filan seçin, vəssalam.
0
Yoxlamışam. Xeyiri yoxdur. Komputer və tətqbiqi proqramlar kartı detect etmir. Qəti reaksiya vermir. Təkcə telefonlar kartı xarab kart kimi görür. Format etmək bölümündə isə əməliyyat getmir.
Sual verin
Cavab verin