Android üzərində Windows Phone 8

Salam, mənim HTC One X android qurğum var. Uzun müddətdir ki, windows phone 8 əməliyyat sistemini bu qurğu üzərinə qurulması haqqında düşünürəm və araşdırmalar edirəm. Ancaq bir nəticə yoxdur. Öyrəndiyim tək şey isə Android qurğularının heç birinə Windows Phone əməliyyat sistemini yükləməyin mümkün olmadığı, çünki bu qurğuların spesifikasiyalarının və texniki  (hardware) göstəriciliərinin buna imkan vermədiyi olmuşdur. Youtubeda bir video ilə rastlaşdım ki, bu videoda Android əsas əməliyyat sistemi kimi kompyuter üzərində işlədilirdi. Heç bir SDK və ya Emulator tələb olunmadan, səlis bir çalışma hiss olunurdu. Android üçün Windows, Linux, Unix emulator-lar var. Elə düşünürəm ki, əgər videoda kompyuterə yüklənmiş windows phone surətini tapsam android üzərində emulator vasitəsilə bunu çalışdıra bilərəm. Başqa bir neçə fikirim və iradım var. İradım: Niyə görə bir çox non-android (əsasən də windows mobile) qurğuların üzərinə android yükləmək olur, lakin heç bir android qurğuya  windows phone os yükləmək olmur. Bunun izahını xaricilərmənim ARM v7 prosessorumda görürlər. Ancaq ümidim hələ də tükənməyib. Emulator üzərindən android qurğumda yuxarıda göstərilmiş  yolla windows phone os işlədə bilərəm və bu işdə mənə kim kömək edə bilər?
Əvvəlcədən təşəkkürlər…


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(21:23, 19/07/2013 ) #31559

Yəqin ki mütəxəssislər cavab verər. Amma mən bir sual verim. AXI NİYƏ? 🙂 ölü doğulmuş bir sistemi Android əvəzinə try etməkdə məqsəd nədir çox maraqlıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:31, 19/07/2013 ) #31561

    Doğrudur, müqayisə olunmayacaq dərəcədə fərq var aralarında, ancaq bu məsələ prinsip halını qalıb mənim üçün 😀
    Həm də bu məsələ təkcə mənim yox minlərlə istifadəçini narahat eləyir. İstərdim ki, bunun həllini tapım 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:14, 20/07/2013 ) #31569

      Android open source dur axı səbəb budur. Istənilən telefona flash edib test edirlər pis yaxşı. Amma məsələn WP 8 source code sizdə varmı? Yəqin ki yox.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:28, 20/07/2013 ) #31566

telefonuvu sat evezine windows phone 8 emeliyyat sistemli telefon al 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:06, 24/07/2013 ) #31629

Sırf interfeys baxımından lazımlıdırsa, bir sürü launcher-lar, widget-lar və s. var.

7 widgets home
Seven+ WP7 Calculator
Metro Messaging
WP7 Email
WP7 Phone (Dialer)
WP7 Contacts
WP7 Lock
WP7 Notifications

və s. Yüklə hamısını, telefonun olsun WP ))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024