Hamiya Salamlar. Mənim kompüterimdə birinci dəfədi ki belə şey olur. Kompüterimdə göy yazılar gəldi sonra lap aşağıda rəqəmlər vardi. 55 60 65 70 oldu belə . Sonra da perezaqruska oldu.Bunun səbəbi nedir. Xahiş edirəm yazin.
Hamiya Salamlar. Mənim kompüterimdə birinci dəfədi ki belə şey olur. Kompüterimdə göy yazılar gəldi sonra lap aşağıda rəqəmlər vardi. 55 60 65 70 oldu belə . Sonra da perezaqruska oldu.Bunun səbəbi nedir. Xahiş edirəm yazin.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Kompyuterdə (yalnız Windows əməliyyat sistemində) əmələ gələn bu mavi ekran ingliscə belədir: BSOD – Blue Screen of Death (mənası = ölümün mavi ekranı)… Windows ə.s.-də hansısa drayver və ya servis ölüb, işini daha əvvəlki kimi yerinə yetirə bilmir… Ya da hanısa yaddaş xanasında əməlli bir konflikt yaranıb…Bunun həlli üçün belə bir variant təklif edirəm: Əvvəlcə o mavi ekran peyda olanda:
A problem has been detected and windows has been shut down to prevent damage to your computer
The problem seems to be caused by the following file: XXXXXXXXX </blockquote
Bax o XXXXXXXXX faylının adını yadda saxlayın və google-da belə yazın: How to repair BSOD XXXXXXXXX
Bu həll sadəcə müvəqqətidir… Bunun bir dəfəlik həlli demək olar ki mümkün deyil, nə qədər Windows işlədirsiniz, üzr istəyirəm, amma siz buna məhkumsunuz 🙂
1
Bu göy ekranda restart getmir. Qardaşın gördüyü disk chking göy ekranıdı 55 60 65 isə faizlərdir. Bəzən kompyuter normal qayda ilə söndürülməyəndə (misal üçün işıq sönəndə) hard diskdə baş verə biləcək zədələri, xətaları düzəltmək məqsədi ilə Əməliyyat sistemi işə düşməmişdən qabaq hard diskin yoxlanması prosesi gedir. Bax həmin şey baş verib. Əgər bir dəfə olubsa heç bir qorxusu yoxdur. Yox kompyuteri hər dəfə yandıranda olursa Deməli Hard diski dəyişmək lazımdır.
1
cox sagol qaqas
Sual verin
Cavab verin