Hansı proqramlaşdırma dilini öyrənmək məsləhətlidir?

Bir çox iş elanlarında yalnız C#,C++,Java,VB kimi proqramlaşdırmalar tələb olunur.Mən özüm Delphini öyrənirəm lakin,demək olar Delphi yə aid iş elanı olduqca azdır.Bilmək istəyirəm bu nə ilə əlaqədardır,Delphinin imkanları azdır ya necə?


Yadda saxlama
Kateqoriya: Azeri developers qrupundan seçmələr, Proqramlaşdırma . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(18:50, 21/06/2011 ) #2843

Delphi demək olar ki artıq çox az istifadə olunur və əgər məsləhət almaqdırsa məqsədiniz, o zaman məsləhətdir ki, Delphi yox ya .NET texnologiyalı (məsələn C#) ya da Java öyrənəsiniz. Delphi öyrənməyə vaxtınızı sərf etməyin.
Cavabı verdi: Zaur Mammadli

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:42, 21/06/2011 ) #2846

Salam.Məndə sizinlə razıyam.Hal hazırda sifarişçilər öz proqramlarını veb şəbəkədə işləməsini istəyirlər.Deıphidə isə belə proyektər hazırlamaq bir az çətindir.Səbəbidəki platformanın və komponentlərin pullu olamasıdır.Java isə pulsuzdur.Məhz buna görədə Javaya üstünlük verənlərin sayı artır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:33, 23/06/2011 ) #2858

Təəssüf ki Delphi-də yalnız sifariş qəbul etməklə qazanmaq olar, hələ sifarişçilərin çoxu .NET tələb edirlər. Bu halda .NET kitabxanaları Verilənlər bazası və ümumiyyətlə tətbiqi PT-ları üçün daha üstündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:59, 26/06/2011 ) #2883

Men sizle Raziyam Delphi ye olan maraq gun gune azalir.Cun ki delphi de proqram qurmaq cox cetindir.Men ozum de delphini isledmisem lakin 1-proqram tertib edmek ucun duz 5-ay vaxtim gedirdi.2-il delphiyle mesqul oldum.Lakin delphi Meslehetli deyil.En meslehetli VB-dir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:54, 03/08/2011 ) #3284

Tez öyrənib az vaxtda böyük işlər görmək istəyirsinizsə VB.NET, iş tapmaq istəyirsinizsə C#. Necə deyərlər C#-la işə gir, VB.NET-lə hamını üstələ 🙂 VB.NET olduqca asan və funksional dildir, özündə NET funksiyalarından başqa xüsusi özünə aid olan funksiyaları da daşıyır ki məsələn C#-da bu funksiyalar yoxdur. Məndən şəxsən dil tələb olunmadığına görə VB.NET-də yazıram, amma desələr ki yox C#-da yazmalısan problem yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:33, 18/09/2011 ) #3926

Azərbaycanda korporativ sektorda C# və Java + Oracle verilənlər bazası bilikləri daha çox tələb olunur. Delphidən sonra C#-a keçid sizə daha rahat olar. Amma obyekt yönlü proqramlaşdırma məntiqini yaxşı mənimsəmək lazımdır. Uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:42, 18/09/2011 ) #3928

Ramin Orucov,
Mən istərdim Game=programmer kimi işləyim gələcəkdə…və bunun üçüç tələb olunan əsas bilik C++ haqqındadır…C++ oyrənmək məsləhətdir?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:24, 18/09/2011 ) #3945

    Oyun proqramlaşdırma üçün ilk növbədə riyaziyyat, həndəsəni yaxşı öyrənmək lazımdır. Daha sonra C++, 2D, 3D qrafika, lazım olsa süni intellekt (AI), müəyyən qədər şəbəkə proqramlaşdırma və s. öyrənmək lazımdır. Daha ətraflı aşağıdakı linklərə baxın:

    http://gamesfromwithin.com/so-you-want-to-be-a-game-programmer
    http://en.wikipedia.org/wiki/Game_programmer
    http://www.amazon.com/exec/obidos/ASIN/1584502770/

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:58, 18/09/2011 ) #3941

programlama dilini oyrenmek lazim deyil, programlasdirmani oyrenmek lazimdir.
diller geldi kecerdi 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:06, 15/04/2013 ) #28976

C və ya C++
P.S:Onsuz onlar bir-birinə çox yaxındır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Azərbaycanda fahişə yanına getmək gedən kişi üçün cinayyətdirmi? (2 gün əvvəl)

Software Developer cavab verdi - İnzibati həbs (4 gün əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (5 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (11 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (11 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (15 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (16 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (16 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (18 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (18 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23299 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024