Salam.
Mənə hard diskdən silinən faylları geri qaytarmaq lazımdır. Ancaq bildiyim restorerlər, faylları qaytaranda qarışıq qaytarır. Elə bir proqram varmı ki, faylları əvvəl olduqları kimi, yəni adları falan qorunmaqla geri qaytarsın. Premium da ola bilər.
Təşəkkür
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Xeyr, təəssüf ki mükəmməl restorer yoxdur, texniki baxımdan mümkün deyil mən bildiyimə görə, ona görə də yoxdur. Məlum restorerlər isə faylları list kimi qaytarır, struktur itir
0
Ultra-ya sifariş etmişdik bir dəfə. Onlar strukturu olduğu kimi restore etmişdilər. Sadəcə hansı soft olduğunu bilmədim
0
Bəlkə zədələnmiş disk imiş filan? O halda bəzi hallarda bərpa edirlər mütəxəssislər bəli. Amma silinmiş faylları mən bilən yox. İnternetdə axtarış etmək lazımdır
0
Smart Undelete və ya EAsus data recovery proqramlarından istifadə edin. Birincisi daha sürətli amma səthi və digər tərəfdən də çox keyfiyyətli bərpa edir. İkincisi daha dərindən bir az gec bərpa edir.
Sual verin
Cavab verin