gömrük rüsumu qaydalarında dəyişiklik haqqinda

Azərbaycan Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nı təsdiq edib.

    salam aşağida göstərir ki qanun qüvvəyə minəndə ayda 1000 dollarliq mal gətirmək olacaq,bu belədirmi?                                                                                                                                                                                                                                          Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən, fiziki şəxslər tərəfindən daşınan, istehsal və ya kommersiya istifadəsi üçün nəzərdə tutulmayan malların (əgər onlardan aksiz vergisi tutulmursa) ümumi məbləği 1,5 min ABŞ dolları ekvivalentindən artıq deyilsə, həmin mallar sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər (gömrük rüsumu tutulmur). Yetkinlik yaşına çatmayan hər bir müşayiət edən şəxs üçün 500 ABŞ dolları ekvivalenti həcmində əlavə məbləğ müəyyənləşdirilib.
18 yaşına çatmış hər bir fiziki şəxsin maksimum 3 litr alkoqollu içki və 600 ədəd siqareti maneəsiz olaraq gömrük sərhədindən keçirmək hüququ var.
 
Bundan başqa, təsdiq edilmiş qaydalara əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar da rüsumlardan azad edilir.
10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər.
 
Avtonəqliyyat vasitələr, 1500 ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar, 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar və gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.
Nazirlər Kabinetinin qərarı dərc edildiyi 13 noyabr 2013-cü il tarixindən 30 gün sonra qüvvəyə minir.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(12:47, 11/11/2013 ) #33914

Bəli. Yəni qaydaya əsasən belə olacaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:28, 11/11/2013 ) #33917

yani ki satiş məqsədi olmasa ay ərzində 1000 dollarliq nə istəsəm gətirə biləcəm eləmi?həm də qanun dekabrin 13-ü qüvvəyə minəcək?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:54, 11/11/2013 ) #33920

    Bəli. 200 əvəzinə 1000$ limit. Rusiyadakı kimi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:12, 11/11/2013 ) #33918

yeniki 1000$ a kimi qiymeti olan elektronika mehsulu (meselen 800$-liq telefon) getizdirsek 36% rusum-da odemeli deyilik? 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:52, 11/11/2013 ) #33919

    Qüvvəyə minəndən sonra bəli.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:12, 11/11/2013 ) #33922

Bu ayın 7-sində mal sifariş vermişdim. Bilsəydim bir ayda gözləyərdim:) Əvvəl ara bir olsada 200 dollardan baha olan malları buraxırdılar indi bu bir ayda heç onada imkan verməyəcəklər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:27, 11/11/2013 ) #33924

Uraaaa

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:52, 11/11/2013 ) #33925

Bu rəsmiməlumatdi yoxsa şayədi.Xahiş edirəm link qoyun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:08, 11/11/2013 ) #33926

rəsmi.Salam. Araşdırdıq. Həqiqətən belə bir qərar qəbul olunub və onu əldə edə bildik. Tanı ola bilərsiniz http://dejure.az/az/law/fiziki-sxslr-trfindn-istehsal-yaxud-kommersiya-mqsdlri-ucun-nzrd-tutulmayan-mallarin-gomruk

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan…
dejure.az
“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:09, 11/11/2013 ) #33927

bu linkde etrafli yazilib http://dejure.az/az/law/fiziki-sxslr-trfindn-istehsal-yaxud-kommersiya-mqsdlri-ucun-nzrd-tutulmayan-mallarin-gomruk

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:28, 11/11/2013 ) #33928

quvveye ne vaxt minecek ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:33, 17/11/2013 ) #34053

    13 dekabr

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:42, 19/11/2013 ) #34099

      başa düşmədim indi biz 1500 dollarlıq mal gətirə biləcəyiy ya 1000 dollar?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:52, 22/11/2013 ) #34148

1000dollarliği poçtla gətirə biləcəyik.yəni ki ebaydan və başqa saytlardan ayda min dollarliq mal alma haqqimiz var
1500isə öz üzərində keçirə bilərsən.yəni ki irana gedibordan tel alib gətirməklə.məsələn

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026