Salam, mənim 17 yaşım var və visa, master cart bu kimi kart almağa imkanım olmadığına görə mən “Facebook”`da reklam edə bilmirəm.
Və etibarlı bir yola addımlamaq üçün “Facebook”da NetMoney kartı ilə ödəniş edərək daha rahat reklam etmək istəyirəm, bu mümkündürmü?
Yəni bank`a getmək istəmirəm, bu kimi işlərdən çəkinirəm “Facebook”da daha rahat (visa, master cart bu kimi kartım olmadığına görə) səhifəmi reklam etmək üçün necə pullu reklam edim?
Daha ətraflı cavablarınızı xayiş edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Kartı olan kiməsə pul verin o öz hesabında sizin üçün reklam etsin. Fb reklam bölməsində ya kart ya da paypal istəyir, ki hər bir halda bank kartı deməkdir bunlar.
Çəkinmək nə mənada deyirsiniz ki? Əgər internet sahəsində hər hansı maddi marağınız varsa gec tez kart istifadə etməli olacaqsınız, başqa yol mövcud deyil. NetMoney tipi ödəmələr isə məhdud və yerli servislər üçün keçərlidir, Rusiyada da webmoney var belə. Bu tip xidmətlərlə kart olmadan çox az şey etmək olar.
0
Minnətdaram, bəs WebMoney yolu ilə mümkündür “Facebook”da reklam etmək?
Eşitdiyimə görə NetMoney kartı alıb WebMoney`ə yükləmək olur.
Əgər mümkündürsə necə reklam edim.
O ki qaldı çəkinmələrə mənim 17 yaşım var, yəni, kart almaq mümkündürmü bu yaşda ona görə…
0
Bunu bankdan soruşmaq lazımdır. Elə bank var 16 yaşa da verir deyəsən. Amma vermirsə, ailə üzvlərindən birinin adını aça bilərsiniz. Bu ki çox asandır. Webmoneyə gəldikdə isə xeyr, ancaq kart.
0
Xatırladım ki, şəxsiyyət vəsiqəm var , amma 18 yaşım yoxdur.
Hansı banka müraciyyət etməliyəm ki PayPal`a qeyd kartı alım, və, bunun üçün pul tələb edilirmi,
mən istəyirəm ki , ailə üzvlərindən birinin adınından qeyd etməyim yalnız öz adım olsun.
Zəhmət deyilsə bu yolda mənə kömək edəsiz, əgər dediklərim mümkün deyilsə kimin kartından reklam edim, məsələn siz kömək edə bilərsiniz ?
əgər mümkündürsə facebook əlaqəsi verərdiz…
Sual verin
Cavab verin