Salam. Sualım belədir ki, PHP-də qarşılaşdırma operatorları olan “==” (2 qat bərabərlik) ilə “===” (3 qat bərabərlik) arasında nə kimi fərqlər var və hansı harada işlənir ?
Salam. Sualım belədir ki, PHP-də qarşılaşdırma operatorları olan “==” (2 qat bərabərlik) ilə “===” (3 qat bərabərlik) arasında nə kimi fərqlər var və hansı harada işlənir ?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
2
hər ikisi müqayisə operatorudur. yeganə fərq bu ki, == iki dəyişənin bərabərliyini yoxlayırsa, === onların identikliyini yoxlayır, yəni eyniliyini yoxlayır. bərabər olub identik olmayan dəyişənlər də var ki, birinci operatorla yoxlandıqda true, ikinci ilə yoxlandıqda false cavabı verir. məsələn 0 və “0”, 1 və true və.s. bu da ondan irəli gəlir ki php müqayisə zamanı tipləri özü uyğunlaşdırır. uyğunlaşma istəmiriksə dəqiq identiklik lazımsa === işə yarayır.
1
Təşəkkür, admin 🙂 Belə başa düşdüm ki, bu operator bir növ dəyişənin tipini də yoxlayır. Yəni eyni dəyərə malik string və integer -i bir-birinə bərabər etmir. Düz başa düşmüşəm ?
1
Buyur. Bəli düz başa düşmüsən 🙂 strpos nümunələrində bu daha yaxşı anlaşılır. Orda false və 0 qarışmasın deyə === istifadə olunur.
Sual verin
Cavab verin