Kompüterdə tez-tez donma

salam,mənim komputerim hərdən sönəndə sönmür,ingilis dilində yazılar gəlir ki,ekranda zədə var,softvare və hardvare-ni ayır və s.mən də məcbur olub baterikanı ayırıram ki,sönsün. marka hp,noutbuk,proqram vindovs xp,hərdən də nəyisə köçürəndə və ya feysdə paylaşanda donur,heç bir işləm baş vermir,xahiş edirəm ətraflı cavab yazasınız.əvvəlcədən təşəkkürlər.mən nə edə bilərəm


Yadda saxlama
Kateqoriya: Aparat təminatı, Windows əməliyyat sistemi . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(10:05, 05/08/2011 ) #3301

Salam. Böyük ehtimalla System çöküb. Məndə belə olanda formata əl atıram (C diskinin Obrazını əvvəlcədən çıxarmamışamsa). Düzdür müəyyən qədər proqramlarla düzəltmək mümkündür, məsələn Registry Mechanic proqram var, hiss olunacaq dərəcədə Systemi düzəldir, yəni registry-da lazımsız file-lar təmizlənir, amma formatdan çıxan əməliyyat systemi kimi olmayacaq. Formatdan sonra mən C diskinin Obrazını çıxarırıb D diskində saxlayıram, belə problemlər olanda 5-10 deq Obrazı vostanavit edirəm, bütün proqramlarım da içində, təzə formatdan çıxmış kimi olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:04, 06/08/2011 ) #3312

Ay bala format chixish yolu deyil. Format en asand ve acizyane usuldur.
Microsoftun Xp ucun chox gozel bir proqrami var Bootvis adlanir duzdur 2003 ilden beri bu proqramin desteklenmesi dayanib. Amma proqram bu gune kimi populyardir.
demeli o proqrami internetden tap yukle sonra menyudan Trace => Optimize System ver ve komputerin ehemiyyetli suretde dircelecek.
bundan bashqa meslehet olunur ki komputerinin C diskine chkdisk ve defreqmantaciya veresen. bu sistemindeki bezi xetalari duzeldilmesine sebeb olacaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:44, 06/08/2011 ) #3313

Görəsən nə vaxt istifadəçilər Windowsun onların kompüterilərini necə
istismar etdiklərini anlayıb “ƏSL” əməliyyatlar sisteminə keçəcəklər.

—LİNUX—

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:42, 06/08/2011 ) #3331

    Çətin ki yaxın gələcəkdə bu reallaşa. Çünki kompüterlə tanışlığa Windows-la başlayan orta statistik istifadəçi sonradan Linux-a keçə bilmir, tipik mühafizəkarlıq. Təbii ki Linux Windows-dan qat-qat yaxşı ƏS-dir, buna bir Ubuntu istifadəçisi kimi əyani şahidəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:20, 06/08/2011 ) #3329

LİNUX-a keçməyinə keçərdim eyy amma bir şey var ki mən proqramçıyam, VB.NET və C#-da yazıram, LİNUX-da Visual Studio işləmir axı

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:48, 06/08/2011 ) #3332

    Axı proqramlaşdırma .NET demək deyil, .NET proqramlaşdırmanın ətraf dünyadan təcrid olunmuş, məhdud şərtlərdə işləyən bir sahəsidir, bilmək yaxşıdır, amma bunun da fərqinə varmaq lazım ki, qeyri .NET proqramlaşdırma daha geniş və daha maraqlıdır, daha inkişafetdiricidir. Proqramçı gərək yalnız bir şirkətin məhsullarından asılı olmaya. Java, C ailəsinin əksər dilləri, Python desktop və.s. hamsı Linux-larda var. Ümumiyyətlə proqramçı olaraq sizə Linux yaraşar 🙂 Windows IT sahəsinə məxsus adam üçün deyil. Şəxsən mən Windows-u tərk edəndən əsəb sistemim xeyli yaxşılaşıb. Ənənəvi çürük problemlərin(format gərəyi, virus, crack, keygen, file corrupt, ağır işləmə, startupda xeyli özünə gəlmə, kritik iş gedən anda ağırlaşın not responding etmə və.s.) olmadığı şəraitdə tam rahat işləmək zövq verir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:25, 06/08/2011 ) #3330

Nə ürəyin istəyir et formatdan çıxan kompüter kimi olmayacaq, bunu əminliklə deyirəm. Mən demirəm ki dəqiqəbaşı format etmək lazımdır, yox format etdin bütün proqramlarını yüklə C diskinin Obrazını çıxart saxla D diskində. Nə problem olsa 5-10 deq Obraz yaradanda necə qoymuşdun elə də qaytaracaq sənə, hətta əməliyyat systemi darmadağın olub açılmasa belə problem yoxdur. Amma digər üsullarda həm saatlarla vaxtın gedəcək, həm də effekti mən dediyim üsulun effektinə çata bilməz 100%

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:45, 07/08/2011 ) #3344

Admin, sizin fikirinizle mueyyen menada razi deyilem (Windows IT sahəsinə məxsus adam üçün deyil)
Beli, Linux Windowsdan ehemiyyetle derecede ustundur. Amma realliqda ise butun proqramlar demek olar ki 1-ci novbede Windows emeliyyat sistemi ucu yazilir.
Birdeki mende ishde serverler Windows 2008 ES ishleyirler hecnedende narazi deyilem. eger sistemi normal qurub PC istifadecilerinin komputerde el qollarini baglasan , sistem ozunu yaxshi terefden gostere bilir.
elbette eger sen userlere admin kimi girish versen onlarda oz bildiklerini edecekler ve PC-in tez tez siradan chixmasina getirib chixacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:41, 07/08/2011 ) #3345

    Düzdür, mən orda bir qədər sərt yazmışam fikri, yəni elə anlaşılmasın ki demək istəmişəm ki Windows IT sahəsinə məxsus adam üçün yararsızdır, və ya Windows-da işləyən İT-çi əsl İT-çi deyil, xeyr, cavabda daha çox Linux ilə müqayisə aparıldığından mən müqayisə edilən hal üçün yazmışam. Olmayan yerdə əlbəttə ki, Windows yararlıdır və demək olar bütün zəruri həllərə malikdir. Amma Linux ilə müqayisədə geri qalır.
    Cavabda əsasən desktop OS müqayisəsi etmişəm, siz serverləri də əlavə etdiniz, server sahəsində Windows ümumiyyətlə çox-çox geri qalır. Və ya superkompüterlərdə. Dünya üzrə olan superkomputerlərin səhv etmirəmsə 93%-i Unix-Linux-dadır. İnterneti təşkil edən dünya üzrə səpələnən serverlərin isə səhv etmirəmsə 70%-dən çoxu. Bu artıq o deməkdir ki, peşəkar yanaşmalarda Linux-a üstünlük verilir. Windows-un yeganə populyar olduğu yer Desktop-dur, burda da məlum, 90%-dən çox istifadəçi qeyri-İT sahəsinə mənsub sadə kompüter istifadəçiləridir, onlar da Windows-la başladıqlarından Windowsla da davam etməyə məhkum olunublar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:23, 01/02/2012 ) #7809

salam. Mənim kopyuterim məni bezdirdi.bilmirəm dərdi nədi?google-də nəsə yazıb axtararıram tez açılmır.nəsə axtarmaq üçün gərək hər dəfə 1-yada 2 dəq.gözləyim.dedim bəlkə virus düşüb amma təmizləmişəm.bəlkə komək edəsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:07, 01/02/2012 ) #7810

    Salam. Yaxşı olardı ki, sualı cavab hissəyə yox, sual olaraq yerləşdirəsiniz sayta, o halda cavab da tez olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (3 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024