Pay Pal yardımı

Salam.Mən Pay Pal saytında dünən qeydiyyatdan keçmişəm.Amma bu saytda bəzi şeyləri bilmirəm.

1.Mən Pay Pal saytında maaş kartı ilə qeydiyyatdan keçmişəm.Hal-hazırda kartda pul yoxdur.İndi karta maaş gələndə həmin pulu Pay Pal-ın hesabına necə yazmaq lazımdır?

2.Pay Pal vasitəsilə alınan mallara nə qədər karqo pulu ödəmək lazımdır?Məsələn Amerikada satılan malın qiyməti 19 dollardır və mən onu Azərbaycana gətirtmək istəyirəm.Bunların kargo pullarını hardan öyrənmək olar?

3.Mən Yaponiyadan paltar tikən maşın gətirtmək istəyirəm.Görəsən qırılmadan salamat gəlib çıxarmı?


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(15:46, 15/08/2011 ) #3485

Salam.
1. Kartınız üçün təsdiqləmə kodu istəməlidir Paypal, onu bankdan öyrənib təsdiq etdinizmi? Əgər hə isə deməli iş tamamdır. Suala gəldikdə isə paypala pul köçürmək lazım deyil, siz sadəcə ebayda filanda ödəməyə basanda paypala keçid baş verəcək siz təsdiq düyməsini basanda paypal kartınızdan pul çəkəcək, vəssalam. Paypal balansınız isə həmişə 0$ görsənəcək, ancaq lazım olanda pul kartdan çəkilir.
2. Rüsum pulu məhsul dəyərinin 30%-dir məncə. rusum.az saytında olmalıdır ətraflı. Amma 200$-dan aşağı qiymətli məhsullara rüsum tutulmur, yəni 1 qəpik belə əlavə xərciniz çıxmır, məhsul düz evinizə gəlir maneəsiz.
3. Yaponiyadan ala bilərsiniz, təhlükəsiz qablaşdırma edirlər, bu da çatdırılma pulunu bir az baha edir, üstəlik bir az da əlavə pul ödəyib sığorta da etdirə bilərsiniz, ki sağsalamat gəlib çatmasa pulunuzu geri alasınız. Bütün bunları satıcı ilə dəqiqləşdirmək lazım ki, o bu şərtləri təmin edirmi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:05, 15/08/2011 ) #3487

Xeyr öyrənməmişəm.pay Pal bizdən təsdiqləmə kodu istəməyəb.Sadəcə olaraq qeydiyyatdan keçdik və hesabı açdıq.İndi nə etmək lazımdır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:18, 16/08/2011 ) #3496

PayPal müəyyən miqdər ödəniş etdikdən sonra hesabı bloklayacaq, bundan sonra hesabınızı aktiv etməli olacaqsız. Bunu da admin qeyd etdiyi kimi, müştərisi olduğunuz bank vasitəsilə edəcəksiz. Paypal sistemi banka (səhv etmirəmsə) 4 rəqəmli kod göndərəcək, onu bankdan öyrənib hesabınız aktiv etməli olacaqsız.

Hər şey qaydasına saldıqdan sonra hər hansı malı alarkən ödəniş vasitəsi kimi paypalı seçəcəksiz, avtomatik paypal hesabınıza keçid olacaq və ödənişə icazə verdikdən sonra hesabınızdan pul çıxacaq. Bu qədər sadə.

Digər cababları admin aydın şəkildə qeyd edib 😉

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (4 saat əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (16 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (7 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (15 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (41 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (46 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024