Salam.Mən veb sayt düzəltmək istəyirəm.alqı satqı.Kim bilir orda kartla alqı satqı yazmaq üçün mən ilk öncə nə etməliyəm….banka müqavilə bağlamalıyam yoxsa hansısa xüsusu kodlardan istifadə etməliyəm…bu haqda bilən varsa xaişh edərdim ətraflı yazardınız.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
2
Salam. Bunu özünüz seçməlisiniz ki hansı yolla realizasiya istəyirsiniz? Mobil operatorlarla sms-lə ödəniş də etmək olar, Netmoney ödəmə kartları ilə də
etmək olar və ya Azericard və ya Goldenpay ilə plastik kartla online ödəmə də qurmaq olar. Sonuncu forma ən sərfəlisidir o halda ödənişin 95%-nin gəliri sizə qalır, amma mobil operator və Netmoney olan halda isə 30-50% sizə qalır, qalanları başqalarına. Amma sərfəli olan Azericard və ya Goldenpay ilə plastik kartla online ödəmə reallaşmaq baxımından digərlərindən çətindir. Birincisi Vergilər nazirliyində VÖEN açdırmaq, ikincisi bankda VÖEN-ə uyğun hüquqi hesab açdırmaq və notarius təsdiqi, daha sonra Azericard-a gedib onlarla müqavilə bağlamaq daha sonra texniki inteqrasiya işləri. Netmoney variantında isə sadəcə sizə verilən kodu saytınıza yerləşdirirsiniz vəssalam, balansınıza da onlayn nəzarət edə bilirsiniz. SMS ödəmə proseduru isə faiz baxımından ən aşağı gəlir verəndir(təxminən 30%). Dediklərimin(mobil operator, Netmoney, azericard) hər biri ilə əlaqə saxlayıb maraqlana bilərsiniz.
Sual verin
Cavab verin