Salam. Bank Standartdan başqa hansı banklarda çekləri nağdlaşdırmaq olur ?
Unibank, Beynelxalq, BankofAzerbaijan, Mərkəzi bank heç biri bu işə baxmadığını dedi.
Bank Standartın yeni qaydası budu:
Ancaq avro çeklər qəbul olunur
2% komissiya + 50avro depozit
Müddət: 2 ayadək
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam. Bütün banklar ancaq euro qəbul edir. Bizim banklarda deyilmiş səbəb, Citibank-ın qaydasıdır.
Bank Standart-dakı yazdığınız da çoxdan elədir, heç bir şərt dəyişəyib. Beynəlxalq daha gec verir, 3 ay filan. faizləri bilmirəm. Unibank 100$ istəyir hər çekə, odur ki əlverişsizdir. Onlara bəlkə izah edə bilməmisiz.
Mərkəzi bank təbii ki bu işə baxmır.
Technique bank və AG bank-da deyilənə görə normal şərtlərdir, əlaqə saxlayın. Mən özüm əlaqə saxlamamışam onlarla.
0
bəs depozit nə deməkdi? yəni pul verməliyik pozmağa görə ya necə?
0
Depozit yəni öz hesabınıza pul qoyursuz. Səbəbi isə girovdur, ki çek saxta filan olsa yol pulu əvəzi o pulu sizdən alsınlar. Girov qoyursuz, sonda pul gələndə çıxara bilirsiz o 50-ni
Sual verin
Cavab verin