Telefon Seçimi

Salam qardaşlar telefonumu təzələmək istəyirəm büdcəm 500 manata kimidi aşağıdakı telefonlardna hansını məsləhət görərsiz
bir çox telefon işlətmişəm ama bəziləri dəhşət çox donurdu onun üçün tez tez tel dəyişirdim. (telefonun domasi yaddaşdan asili olla bilər)
mənə əsas bu xususiyyətlər lazımdı
1. Şəkili çox gözəl çəksin (eyniylə videoda)
2. telefonda tez tez donma halları baş verməsin

Bu telefonlardan hansı bu dediyim 2 xusuiyyətə malikdi,
SAMSUNG GALAXY MEGA I9200——————–499 AZN
SAMSUNG I9500 GALAXY S4 16GB BROWN—-499 AZN
SAMSUNG I9300 GALAXY S3 16 GB—————-399 AZN
SONY XPERIA Z———————————————-469 AZN
HTC ONE X 16 GB——————————————–383 AZN
LG OPTIMUS D686 G PRO LITE DUAL—————399 AZN
APPLE IPHONE 4S 32GB——————————– 475 AZN

Əvvəlcədən təşəkkür edirəm…


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(00:29, 10/03/2014 ) #37662

Qeyd olunanların əksəriyyətinin Android olduğunu nəzərə alsaq, yəqin ki, son seçiminiz də Android olacaq…
Siyahıdan S3 modeli avtomatik çıxır, çünki, S4 olan yerdə S3 haqqında düşünməyə gərək qalmır.
9200 modelini də siyahıdan çıxarmaq lazımdır, çünki, qiymət eyni olsa da üstünlük (ekran böyük ancaq kamera, RAM və çipset kiçik) yenə S4-dədir.
Eyni qayda ilə HTC One X modeli də siyahını tərk etməlidir, kamera 8 MPxl, ekran-qoruyucu S4-də daha üstündür, RAM 1QB-dır.
Son sözlər LG G Pro Lite Duala da aiddir.

Sona qalır üç model: S4, Xperia Z və iPhone 4S.

Xperia Z və S4 arasında qalsaydım, S4 seçərdim. Test nəticələrinə əsasən dizayn istisna olmaqla qalan parametrlərdə S4 Xperia Z modelini üstələyir.

Qalır iki model: S4 və 4S 🙂
Məncə, düşünməyinə dəyməz, S4!!!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:34, 10/03/2014 ) #37663

Salam. Bunlar mənim öz fikrimdi.
Göstərdikləriniz samsung modellerində donmalar olur. Ümumiyyətlə Note 3 – də donma görməmişəm hələki.
Sony telefonları kamera cəhətdən yaxşıdılar, işləmələri də yaxşıdı.
HTC hakgında yalnız bunu deyə bilərəm ki, eşitdiyim gədər android platformalarında işləyən telefonlar arasında yaxşı işləyənlərdəndilər.
Lg telefonlarında test etdiyim və bildiyim qədər donmalar olur.
Apple İphone 4s yaxşıdı,ama təzəsi yoxdu. Ya köhnədən galanlardı, ya da refrubished (zavod deffekti olan və zavodun yenidən bərpa edərək satışa buraxdığı) olanlardı.

Ümumiyyətlə bildiyim gədər telefonun donma səbəbləri Ram və proçessordandı. Ram nə gədər güclü olarsa, processora o geder az guc dushur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:58, 10/03/2014 ) #37666

əziyyət çəkib ətraflı məlumat vermisiniz təşəkkür edirəm
S4-le Xperia Z arasında qalmışdım seçimim S4 cox sağ olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:11, 10/03/2014 ) #37669

Hec fikirleshmeden sony x peria z ni gotur inan ki peshman olmayacaqsan

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:38, 10/03/2014 ) #37672

Özüm XPeria Z işledirem. Heç bir menfi cehetin görmemişem. Meslehetdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(04:10, 10/03/2014 ) #37673

S4 yaxşı seçimdir, amma mütləq pure Android yazılmalıdır, üstündə gələn versiya bərbaddır, touchwiz ilə, qeyri stabil. O cür aparat təminatı ilə gərək smartfon heç vaxt tutulmaya və donmaya, amma bunda az da olur donma, hamsı da samsungun touchwizinin günahıdır. Google özü bu smartfon üçün pure android buraxır, onu yükləmək lazımdır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:29, 10/03/2014 ) #37679

E.Hacı qardaş ele şeylerden başım cıxmır ele bir teleofn varmı üstündə gələn versiya ela olsun,

meselen xperia z necedur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:35, 10/03/2014 ) #37680

    Başınız çıxmırsa bunu bəhanə etməyin, öyrənin, başınız çıxmış olsun və nəticədə ən yaxşı variantı əldə etmiş olun.
    Üstündə gələn versiya ilə dünyada ən yaxşı smartfon Nexus 5-dir.
    Xperia Z normaldır, amma Z1 daha yaxşıdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (3 saat əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (3 saat əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (20 saat əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (22 saat əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (22 saat əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (22 saat əvvəl)

rdrobert cavab verdi - Kondisioner mis borusu qiyməti (1 gün əvvəl)

rdrobert cavab verdi - 0-dan alman dili öyrənmək (1 gün əvvəl)

E. Hacı cavab verdi - Trendyoldan 6 ədədd corab sifariş etsəm vergi ödəməliyəm? (3 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (3 gün əvvəl)

Jorpy cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (8 gün əvvəl)

Jorpy cavab verdi - Poçta əlavə pul (9 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (10 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23248 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024