Oxuyan hər kəsə salam, birbaşa suala keçim: MSI fayl içərisində olan hər hansı faylı necə əvəz (replace) edə bilərəm?
Sualı soruşmaqda məqsədim çox sadədir. Kaspersky Crystalın (və ya adı çəkilən şirkətin hər hansı digər məhsulunun) yenilənməsi çox gec-gec olur. Sonuncu versiyanın antivirus bazası 01.X.2010 tarixinə aiddir. İstəyirəm ki, MSI faylının içərisindəki *.dat, *.kdc, *.krg, *.ppv fayllarını həmin faylların yeniləri əvəz edim. Bunun üçün hansı proqramdan və ya skript koddan istifadə etmək olar?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Salam, bu faktiki olaraq mümkün deyil. Çünki .msi fayllar .exe fayllar kimi decompler ola bilmir. Ancaq bunun üçün başqa yol var. kasperskyni update edərkən yenilənmə yolu olaraq istədiyiniz başqa qovluq seçin. bir dəfə update olduqdan sonra növbəti dəfə sizə update lazım olduqda update zamanı əvvəlcədən bazanın yüklənmiş oldugu qovluq yolunu göstərin, beləliklə daha qısa zamanda (2-3 dəq) baza yenilənəcək.
1
Salam, mümkün olmayan heç nə yoxdur. Göstərilən digər yolu da bilirəm, ancaq məsələ burasındadır ki, distributivdə olan köhnə baza + qovluqdakı yeni baza = artıq həcm 🙂
Mən bu artıq həcmə görə distributivi yeniləmək istəyirəm özüm üçün… Bilirəm ki, bu qaydalara ziddir, ancaq mən bunu satış məqsədi olmadan edirəm, yəni özüm üçün 😉
Sual verin
Cavab verin