Delphidə sadə proqram

Form1-də Button1 var. Button1-i basdıqda C:\Documents and Settings qovluğunda olanda bütün *.srv faylları silməlidir. Delphidə elə etmək olarmı ki, ƏS işə düşdükdə bu qovluqda olan *.srv faylları silinsin?


Yadda saxlama
Kateqoriya: Proqramlaşdırma . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(23:03, 02/09/2011 ) #3658

belə eləmək olar ki program autostarta düşsün və icra olunacaq kodlar formun on creatine yazılsın. GUİ-ni rahatlaşdırmaq üçün programı cool traya da salmaq olar.və ya apllicationinfo hide verib arxa planda işlətmək olar.
Yazdığım kodları tapmasanız yazın köməklik eliyərəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:05, 03/09/2011 ) #3662

    Cavab bir az qəliz oldu. Delphidən anlayışım o qədər də yüksək səviyyədə deyil, bunu nəzərə alın 🙂 Öncə sadə sualıma cavab tapım, zəhmət olmasa, Button1-in Click prosedurunun kod hissəsini yazın, sonra autostart məsələsini dərk etməyə çalışaram. Təşəkkürlər…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:39, 03/09/2011 ) #3667

Deməli belə filtrləməyə baxmadım hər hansı bir qovluqdakı bütün faylları sildirmə:
forma 1 ədədFileListBox1 atırsan.(program bütün faylları siləcək qovluqları yox.Özüdə shift+delete xD)

var
i: Integer;
begin
for i:=0 to FileListBox1.Items.Count-1 do
DeleteFile(FileListBox1.Items[i]);
FileListBox1.Update;
end;

Programın autostart hissəsi:
yəni bu kod 1 dəfə işə dü.sə program ƏS ilə birgə açılacaq taki msconfig dən false verənə qədər.

var
reg: TRegistry;
begin
reg := TRegistry.Create;
reg.RootKey := HKEY_LOCAL_MACHINE;
reg.LazyWrite := false;
reg.OpenKey('Software\Microsoft\Windows\CurrentVersion\Run', False);
reg.WriteString(form1.Caption, Application.ExeName);
reg.CloseKey;
reg.free;
end; 
 

################################################
Bu kodla program arxa planda işləyəcək.yəni ancaq task managerdə project1.exe görsənəcək.

application.ShowMainForm:=false;

Tray İcon adlı kompanentlə programı saatın yanına endirə bilərsən.rahatlıq üçün.Yəni istəyəndə double clicklə form görsənsin.Yuxarıdakı kod işə düşəndə form pəncərəsi görsənmir.Birdə program işlədiyi qovluqdakı faylları silir.Gərək program özu daima bu C:\Documents and Settings qovluqda qalsın
################################################
Yazıb axıra çıxarsan maraqlı program olacaq.Ugurlar 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:43, 03/09/2011 ) #3668

    Əziyyətinə görə minnətdaram. Deməli, belə başa düşdüm ki, proqramı atırıq lazım olan qovluğa və Button1.Click edirik. Əgər düz başa düşdümsə, ortaya böyük bir əmma çıxır, belə ki, əgər proqramı lazım olan qovluğa atmaq gərəkliliyi varsa, onda proqram nəyimə lazımdır? Əlimlə də silə bilərəm də həmin faylları 🙂
    Sualı bir balaca da dəqiq qoyum: Form1 içərisində Button1, Edit1 və Edit2 var. Edit1-in Textində hər hansı bir qovluğun kataloq yeri, Edit2-nin Textində isə, faylın tipi göstərilib, məsələn,

    Edit1.Text:=”C:/Filan1/Filan2″ və Edit2:=”*.srv”.

    Button1-ə basdıqda C diskinin içində olan Filan1 qovluğunun daxilindəki Filan2 qovluğunun içərisində olan bütün *.srv fayllarını silməlidir.
    Təbii ki, bu zaman Edit1-in Textini zövqə görə dəyişə bilərəm, eləcə də, Edit2-nin Textini. Bu halda proqramı Filan2 qovluğuna atmaq məcburiyyətində qalmayacağam, düzdürmü? Eləcə də, proqrama Siz də hansısa köməkçi komponent ata bilərsiniz, bəlkə də mən bunu unutmuşam.

    Məni çaşdıran suallardan biri də odur ki, proqram icrada olan faylı silə biləcəkmi, yoxsa həmin faylı buraxıb, digər *.srv fayllarını silməyə çalışacaq, yoxsa işini bitirmədən proqram dayanacaq?!
    Səbr edib, cavabımı oxuduğunuza görə minnətdaram…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:07, 04/09/2011 ) #3672

programı dəfə lazımi qovluğa atırsız hər dəfə özü silir faylları.yəni manual set up kimi bir şeydir.adi porttable programın set up-ını düzeldek next next eliyin sadece bir *.exe faylı lazimi dir-ə kopyalasın.Elave işdir.hazır 1 dəfə kopyaladız fso.ama düz dediyiniz tərəf bu formada sifariş gəlibsə sifarişçiyə filn faylı filan dir-ə atın sonra program işləyəcək demək düz çıxmaz.nəzərə alın ki 10 dəqiqəlik işin məhsuludur. 🙂
Bəli programı həmin dir-ə kopyalamamış opendialog kompanenti ilə dir-in adresini edit-ə ordan filelistbox kompanentinə mənimsətmək olar.
İnshallah tələsməsəz sabaha tam şəkildə yerləşdirərəm.
İcrada olan faylı əlbəttə ki silməyəcək.Bunun üçün srv faylını icra eliyən taskın adını bilməlisiz.məsələn notepad.exe kimi.Sonra da notepad.exe ni task managerden kill veririsiniz.
http://www.google.az/search?q=task+kill+in+delphi
nümunə kodlar burda var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:06, 04/09/2011 ) #3675

    Mən tələsmirəm, sualıma ətraflı cavab almaq üçün gözləmək lazım gələcəyini də yəqin etmişdim 🙂
    Keçək incə məqamlara: icrada olan faylın hansı proqram tərəfindən işlədildiyini və proqramın həmin faylı silməyəcəyini bilirəm, əmma: bilmək istəyirəm ki, proqramımız bu fayla rast gəldikdə nə edəcək. Sualımı ətraflı verim: silinəcək 100 *.srv faylı var, onun ikisi (ya da üçü) hansısa task tərəfindən icradadır. Proqramımız işə düşür, 60 *.srv faylını sildikdən sonra icrada olan *.srv faylına rast gəlir, bu zaman aşağıdakılardan hansı baş verəcəkdir?

    A) proqram icrada olan *.srv faylını silmir və işini dayandırır (qovluqda hələ silinməli olan 40 *.srv faylı qalıb).

    B) proqram icrada olan *.srv faylını silmir, onu silməyi buraxır və silinə bilən (yəni taskda icrada olmayan) *.srv fayllarını silir.

    C) proqram icrada olan *.srv faylını silmir və sildiklərini də geri qaytarır.

    Düşünürəm ki, böyük ehtimalla cavab A) variantı olacaq. Əgər düz fikirləşirəmsə, onda bu zaman II dəfə Button1.Click etməyə məcbur olacağıq, hətta bəlkə III, IV, V dəfə də… 😉
    Sual: Elə etmək olarmı ki, B) bəndi baş versin?! Söz yox, task managerdən icradakı taskı söndürmək yaxşı fikirdir, bəs həmin taskı geri necə qaytaracam? Yəni necə etmək olar ki, proqram işin sonunda “C:\Windows\Notepad.exe” Click etsin?
    Səbr edib, oxuduğunuza görə minnətdaram…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (3 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024