Balansa nəzarət

Salam dostlar, bundan bir neçə il öncə Nokia 6100 istifadə edənlər Settingdə Fixed dialing deyə bir şey olduğunu yaxşı xatırlayarlar. Fixed dialing ilə balansı kilidləmək olurdu, nə zəng etmək olurdu, nə sms yazmaq, nə internetə girmək, nə də kontur göndərmək… Ancaq Fixed dialingdən istifadə etmək üçün PIN2 kodunu bilməliydin, çünki, hər dəfə Fixed dialingi On/Off etmək üçün PIN2 kodu soruşulurdu.

Sual: Samsungun S seriyasında (S2-dən yuxarı) Settingdə belə bir (zavodskoy) funksiya varmı? Əlavə applar ilə bunu etmək də olar, ancaq mənə maraqlı belə bir funksiyanın default olmasıdır. Əgər olmadığınıza ƏMİNSİNİZSƏ, Nokia 6100da olan Fixed dialing funksiyasını özündə daşıyan app məsəhət görərdiniz (amma On/Off edərkən parol və ya PIN kod istəsin).


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(11:42, 02/04/2014 ) #38792

Salam. Dövr dəyişir, yanaşma tərzləri də dəyişir, Android smartfonlarda buna gərək yoxdur fikrimcə, ona görə də qoymayıblar defaulta. Əminəm. Smartfonu ümumən qorumaq üçün pattern parol pin2 və.s. qoruma var girişdə. Sırf daxili funksiyaları bağlamaq üçün(məsələn uşaq oynayanda) flight rejimə qoymaq olar, bu rejim sadaladığınız funksiyaları bağlayır. Maraq üçün deyim ki, S5-də bu rejim artıq default var. Uşaqlar üçün ayrıca rejim UI açılır, tam başqa bir interfeys olur, məhdud imkanlar ilə. Ordan çıxış da yəqin ki parol ilədir.
App-lara qaldıqda təəssüf ki işlətmirəm deyə bilmirəm. Şəxsən özüm belə hal olanda flight rejim istifadə etmişəm. Play store-da reytinqinə görə seçmək olar azacıq axtarışdan sonra: child mode filan axtararaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:46, 02/04/2014 ) #38820

    Axtarıb-axtarıb tapdım, mən bu sualı böyük (20-30 yaşlı) “uşaqların” telefonla oynamaması üçün soruşurdum. Termin olaraq dediyim şey Samsungda FDN (Fixed Dial Number) kimi gedir. Bəs bunu necə etmək olar:
    Ana ekrandakı Phone ikonuna girib, sol düyməni (Menu) basırıq, açılan menyudan Call Settings seçirik. Sonra Additional Settings seçib, Fixed Dialling Numbers edirik. Enable FDN etdikdə PIN2 sorğusu verilir vəssalam…
    Gəl ki, hələ test etməmişəm, ancaq çox güman ki, işləməlidir.

    İzahatlı video: https://www.youtube.com/watch?v=rgCIghEnk0k

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:11, 02/04/2014 ) #38821

      Aha bütün Android sistemlərdə varmış bu funksiya. Amma indiyədək nəyə lazım olduğu ilə maraqlanmamışam heç 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024