Salamlar. Bu iki şirkətdən də baş aça bilmədim. GoldenPay ümumiyyətlə diyir Apreldən başlanacaq saytların qəbulu, ama hələ də bərpa etməyiblər. Başqa ödəniş sistemləri var? sayta qoşub ödəniş qəbul etmək üçün. Əgər varsa zəhmət olmazsa bildirərdiz.
Salamlar. Bu iki şirkətdən də baş aça bilmədim. GoldenPay ümumiyyətlə diyir Apreldən başlanacaq saytların qəbulu, ama hələ də bərpa etməyiblər. Başqa ödəniş sistemləri var? sayta qoşub ödəniş qəbul etmək üçün. Əgər varsa zəhmət olmazsa bildirərdiz.
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
Azericard normal sistemdir. Şərtləri də asandır.
Başqa yoxdur hələ ki. Bank Standart özünə yaradır 3-cü prosessinq mərkəzi, amma hələ ki elan etməyiblər deyə yəqin ki hazır deyil
0
Azəricardın nəyinə normal deyirsiz anlamıram? Beynəlxalq bank vasitəsi ilə müraviyyət etdik, 1 aydan sonra hələ də xəbər çıxmadı, onnan sonra Azəricardla əlaqə saxladıq, bildirdilər ki, bizə sizin sənədlər daxil olmayıb. Sonra Beynəlxalq banka şikayətdən sonra, bildirdilər ki, guya qəbul olunmuyub, amma heç bir əsas göstərmədən.
1
Mən 1 günə həll etmişdim orda məsələləri, eləcə də tanıdığım başqaları da. Sənədləri aparıb vermişdim Azericarda, müqavilə bağlamışdım vəssalam. Qalan nə varsa özləri həll etdilər bankla. Beynəlxalq Bankda da VÖEN hesabım var idi, onun da rekvizitlərini almışdılar. Terminal açılmasına bir neçə gün vaxt getdi deyəsən, ondan sonra sistem hazır oldu.
0
Onda mən Azəricarda müracıyyət etsəm kömək edəcəklər? mənim Beynəlxalq banlda VÖEN-mə uyğun hesabım da var.
1
Əlbəttə, sizin işiniz Azericard-ladır. Ora müraciət edin ki elektron mağaza filan açmaq istəyirəm sənədlərim də qaydasındadır
0
Sizə zəhmət olmazsa tam olaraq sənədləri yazardız mənə və Azəricardın ünvanını zəhmət deyilsə.
1
O zamanla dəyişə bilər. Azericard.az saytından telefon nömrəsini götürün soruşa bilərsiniz. Ofisləri Mərkəzi Bankın yanındadır.
0
Təşəkkür edirəm
Sual verin
Cavab verin