Salam. Saytlarda sonda Müəllif hüquqları qorunur deyə bir yazı var. Ama bəzi saytlarda yoxdu. Bunu necə edirlər. Hansısa şirkətlə müqavilə imzalayırlar? Burda oxuduğum qədəriylə əgər saytımda kimsə problem yaradarsa onu şikayət edə bilərəm. Birdəki məsələn mən hardan biləcəm bu problemi kim edib? Yoxsa onu ip adresinə və ya başqa şeyə görə dövlət özü tapacaq. Və Müəllif hüquqları konkret nəyi qoruyur?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam. Xeyr heç bir müqaviləyə gərək yoxdur. Müəllif hüquqları qorunur o deməkdir ki sözügedən saytda heç kimin haqqı tapdanmayıb, hər şey qaydasındadır. Vəssalam, bu qədər sadə. Məsələn kiminsə məqaləsi icazəsiz kopyalanmayıb, kiminsə videosu, musiqisi, proqramı qanunsuz şəkildə yükləməyə qoyulmayıb, hər şey ya özünüzə məxsusdur ya da icazəli istifadə edilir.
O saytlarda rəhbərlik özü birbaşa nəzarət etmir ki orada məzmunu istifadəçilər düzəldir. Məsələn youtube, facebook. Orada da rəhbərlik məzmuna birbaşa nəzarət edə bilmir təbii ki, kim nə istədi yazır. Ona görə də onlar əvvəlcədən deyirlər ki biz məsuliyyət daşımırıq, yalnız şikayət edilsə silirik qanunu pozan materialları, şikayət olmasa toxunmuruq
0
təşəkkür
Sual verin
Cavab verin